Vəhabi Cinayətlərinə Etirazlar Davam Edir

Hindistan Şiələri Bəqi Məzarlığının vəhabi vandalları tərəfindən dağıdılmasına etiraz ediblər + Foto

  • News Code : 452605
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bəqi Məzarlığının uçurulması münasibətlə bütün İslam Dünyası, o cümlədən Hindistan Müsəlmanları da əza saxlayaraq, baş vermiş vəhabi vandalizimini kəskin məhkum edən etiraz aksiyası keçiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Hicri Qəməri tarixi ilə 8 Şəvval İslam Aləmində baş vermiş ən böyük faciənin, Bəqi Məzarlığının azğın vəhabi quldurları tərəfindən dağıdılmasının ildönümü idi.

Bu münasibətlə bütün İslam Dünyası, o cümlədən Hindistan Müsəlmanları da əza saxlayaraq, baş vermiş vəhabi vandalizimini kəskin məhkum edən etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, Bəqi Məzarlığının uçurulması tarixdə iki dəfə məhz vəhabi ünsürləri tərəfindən baş verib. İlk uçurulma, Hicri tarixilə 1221-ci ildə vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun sərkərdəliyi ilə, Mədinəni uzun müddət mühasirə etdikdən sonra, şəhərə daxil olub əhalini kütləvi qırğınlara məruz qourlar. Onlar geriyə, qərargahları olan Nəcdə qayıdarkən Peyğəmbərin hərəmini qarət etdikdən sonra Bəqidəki bütün məqbərələrin viran edirlər. Hicri tarixilə 1227-ci ildə Osmanlılarla vəhabilər arasında baş vermiş qanlı döyüşdə vəhhabilər ağır məğlubiyyətə uğrayırlar. Bundan sonra, əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci uçurma Hicri tarixilə 1334-cü il şəvval ayının 8-i, İbn Səudun yenidən hakimiyyətə gəldikdən sonra baş verib. Onlar Mədinəni ramazan ayında ələ keçirdilər. Həmin il Şeyx Abdullah Mədinə şəhərində və şəhərdən kənarda olan günbəz və zərihləri, o cümlədən, imamların (ə) günbəz və məqbərələrini də uçurdular.

Peyğəmbərin (s) valideynləri Abdullah və Aminənin günbəzləri, Peyğəmbərin (s) qızları və yoldaşlarının qəbri, Peyğəmbərin (s) övladı İbrahimin hərəmi, Malik ibn Ənəs və Osmanın günbəzləri də məhv edildi. Vəhhabilər öz işlərinin nəticəsindən qorxaraq, Peyğəmbərin (s) hərəmini dağıtmaqdan çəkindilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky