İran İslam Respublikası

Dünyəviçiliki iddia edənlər heyrətdə qaldı. İran İslam Höküməti üç kosmik nailiyyətinin təqdimatın etdi -Foto

  • News Code : 808778
  • Source : ABNA – Xəbər Agentliyi İİR KİV-ə istinadla
İİR “Milli Kosmik Texnologiya Günü”nə dair keçirilən mərasimdə "Nahid-1", "Əmir Kəbir Müraciəti" və "Saman-1" orbital transfer sistemilərinin təqdimatı da keçirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İran İslam Respublikasında 9-cu “Milli Kosmik Texnologiya Günü” kimi qeyd olunur. Prezident Həsən Ruhaninin iştirak etdiyi bu mərasimdə həmçinin İİR Kosmik Tədqiqat İnstitutunun nailiyyətləri sərgisi də keçirilib.

Mərasimdə "Nahid-1", "Əmir Kəbir Müraciəti" və "Saman-1" orbital transfer sistemilərinin təqdimatı da keçirilib. "Nahid-1" süni peyki İran İslam Respublikası Kosmik Tədqiqat İnstitutunun Süni Peyk Sistemləri Mərkəzində konstruksiya edilərək, düzəldilmiş İİR-ın ilk rabitə peykidir. Tehrandakı Əmir Kəbir adına Sənaye Universitetində konstruksiya edilərək, düzəldilmiş və yerli raket daşıyıcısı ilə kosmosa göndəriləcək "Əmir Kəbir Müraciəti" adlı süni peyk də, ikinci peykdir. Bu peyk 40 metrdən yuxarı diqqətlə təsvir çəkmək, eləcə də kosmik şüalanmanın ölçülməsi və istifadəçilərin mesajlarının saxlanılması və göndərilməsi tapşırığına malikdir. İran İslam Respublikasının Kosmik Tədqiqat İnstitutunun Kosmik Nəqliyyat Sistemləri Mərkəzində konstruksiya edilərək, düzəldilmiş "Saman-1" orbital transfer sistemi isə  üçüncü süni peykdir. O, süni peyklərin yerin aşağı orbitlərindən daha yuxarı orbitlərinə ötürülməsi üçün istifadə edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky