Parisdəki Teraktdan Sonra

İngiltərəli Müsəlman qadınlar xristian və yəhudilərin hücumlarına məruz qalır

Hücum edən xristian və yəhudi mənşəli “kişilərin” əksəriyyətinin yaşı 15-35 yaş arası olur.

  • News Code : 721192
  • Source : Lenta
Brief

“The İndependent”in: “Parisdə baş verən terror aktlarından bir həftə sonra hökumətin İslamafobiya məsələləri üzrə işçi qrupu tərəfindən dini və irqi nifrət zəminində 115 hücum qeydə alınıb.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərə Müsəlman İcması bildirib ki, Parisdəki terror aktlarından sonra qadın Müsəlmanlara hücumların sayının artıb.
 
“The İndependent”in yayımladığı məlumatda bildirilir: “Parisdə baş verən terror aktlarından bir həftə sonra hökumətin İslamafobiya məsələləri üzrə işçi qrupu tərəfindən dini və irqi nifrət zəminində 115 hücum qeydə alınıb.”

Daha çox Hicab taxan 14-45 yaş arası qızlar və qadınlar hücuma məruz qalır. Hücum edən xristian və yəhudi mənşəli “kişilərin” əksəriyyətinin yaşı 15-35 yaş arası olur, hadisələrin çoxu ictimai yerlərdə baş verir- İndependent yazır.

Hücumlar altında həm sözlə edilən (əsasən “terrorçu”, “bombardmançı”, “alçaq”, “əskibaş”) təhqirlər, eləcə də fiziki hərəkətlər nəzərdə tutulur.

Bununla yanaşı, hücuma məruz qalanların sayının daha çox olduğu ehtimal edilir, sadəcə onlar qorxduqları üçün polisə və ya Müsəlman İcmasının fəallarına müraciət etməyə çəkinirlər.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky