• Min Aydan Fəzilətli Gecə

    Qədr gecələrinin əhəmiyyət və fəziləti

    “Qədr” sözü lüğətdə hər bir şeyin miqdarının ölçülməsi və təyin olunması mənasını daşıyır. Yəni insanların taleyi, müqəddəratı bu gecə təyin olunduğundan “Qədr” adlanmışdır. “Qədr” surəsinin 4-cü, eləcə də, “Duxan” surəsinin 3 və 4-cü ayələrindən belə başa düşülür ki, “Qədr” gecəsi insanların taleyi həll olunur. Yəni Allah-Taala Öz elmi ilə kimin xoşbəxt və kimin bədbəxt olmasını gələn ilin “Qədr” gecəsinə qədər təyin edir.

    Davamı ...
  • Qurani Kərim Xəbərləri

    İranlı vunderkin rekordu qırdı, qızcığaz 9 aya bütün Quranı əzəbərlədi – Foto

    Cəmi 9 ay ərzində Qurani Kərimi əzbərləyən Zöhrə xanımın ən böyük arzusu İmam Zaman həzrətlərinin zühur etməsidir.

    Müsabiqədə nəyə görə iştirak edəcəyini açıqlayan 10 yaşlı Zöhrə xanım deyir: “İslami Təbliğat Təşkilatının keçirtdiyi bu müsabiqədə ilkin yeri kəsb edən qaliblərə magistra diplomu təqdim ediləcək. Və mən istəyirəm bu diplomu alam.”

    Davamı ...
  • Quranın Bahar Ayı Mübarək Ramazan!

    Məşhəddə İmam Rzanın hərəmində Qurani Kərimin tərtili – Foto

    Mübarək Ramazan ayı Qurani Kərimin baharı sayılır. Bu səbəbdən də Müsəlmanlara bu ayda Quran oxumaq xeyli tövsiyə olunub. Belə ki, hədislərdə buyurulur ki, hər kim Ramazan ayında bir ayə Qurani Kərimdən oxumuş ola digər aylarda oxuduğu bir bütöv Qurani Kərimin savabın qazanar...

    Davamı ...
  • İslam və Sağlamlıq

    Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

    Hədislərdə bu suyun elə təsirləri bəyan olunubdur ki, insanı heyrətləndirir.

    Qurani-Məcid Ənfal sürəsi ayə 11-də buyurur: “... Allah sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və sizi sabitqədəm etmək üçün göydən üstünüzə yağış yağdırdı.”

    Davamı ...
  • Quran Kərim Xəbərləri

    Təbrizdə Qurani Kərim və Kitab muzeyi - Foto

    Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təbrizin “Qurani Kərim və Kitab” muzeyi şəhərin ən gözəl yerlərindən biridir. Bu muzey şəhərin mərkəzindəki Sahibul Əmr Məscidində yerləşir. Muzeydə İranın qədim tarixinə malik olan bir çox dəyərli və qiymətli Qurani Kərim nüsxələri, habelə gözəl xəttatlıq əl işləri sərgiyə baxış üçün qoyulub.

    Davamı ...
  • Qurani Kərim Məhzərində

    İmam Əlinin (ə) hərəmində uşaqlar üçün Quran məclisi keçirilib - Foto

    Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nəcəfi Əşrəf şəhərində yerləşən həzrət İmam Əlinin (əleyhi səlam) hərəmi tərəfindən azyaşlı körpələr üçün Quran mərasimi keçirilib. Mərasim hərəmin Fatimeyi Zəhra (səlamullahi əleyha) adına səhndə keçirilib.

    Davamı ...
  • Hədis və Sünnə

    “Bismillah”ın bərəkəti ilə əldə olunan qurtuluş

    Qurani Kərimdə “Bismilləhir-Rahmənir-Rahim!” kəlməsi Peyğəmbərə (səlləllahu əleyhi və alih) 114 dəfə nazil olmuşdur...

    “Bismilləhir-Rahmənir-Rahim!” həm mübarək İslam dininin nişanəsi və həm şüarı, həm Allahı təsbih etmək, həm hər bir işin məqsədinə çatmasına zəmanətdir.

    Davamı ...
  • Beynəlxalq Fitr Bayramı

    Müqəddəs Qum şəhərində həzrət Fatiməi Məsumənin (s) hərəmində qılınan Fitr Bayramı - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 6 İyun, 2016-cı il Hicri Qəməri tarixi ilə Şəvval ayının 1-i müqədəs Fitir Bayramı günüdür. Bu münasibətlə Allah Tala bəndələrinin bir ay Oruc tutduqdan sonra Ona şükür etmələri və dünya və axirət xeyr və bərəkətlərinin daim üzərilərinə axıdılmasını tələb etmək məqsədi ilə Bayram Namazının qılınmasını vacib edib. Bütün Müsəlmanlar kimi Müqəddəs Qum şəhərinin 100 minlərlə mömin bəndəsi də Fitr Namazın həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmində Höccətül İslam vəl Müslimin Seyyid Səidi cənablarına iqtida edərək qılıblar.

    Davamı ...
  • Beynəlxalq Fitr Bayramı

    Tehranda Fitr Bayramı İmam Xamenei həzrətlərinin rəhbərliyi ilə qılındı - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 6 İyun, 2016-cı il Hicri Qəməri tarixi ilə Şəvval ayının 1-i müqədəs Fitir Bayramı günü, Tehranda bayram namazı Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Xamenei həzrətlərinin imamlığı ilə İmam Xomeyni (r) adına Müsəllada qılınıb. Qeyd edək ki, Fitr namazında 100 minlərlə mömün iştirak edib.

    Davamı ...
  • Fitir Bayramına Hazırlıq

    Fitir Bayramının namazı və onun qılınma qaydası

    Qeyd edək ki, Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək lazım deyil. Fitr namazı azan və iqamə deyilmədən qılınır, Lakin, yaxşı olar ki, niyyət etməzdən əvvəl üç dəfə "Əs-salah" deyilsin. Bayram namazı yaxşı olar ki, cəm halda qılınsın. Camaat namazı qılındıqda namazda iştirak edənlərin sayı cümə namazında olduğu kimi, 5 nəfərdən az olmamalıdır.

    Davamı ...
  • Quran və Hədislər

    İnsanı cəhənnəmdən azad edən əməllər

    Bəzi fəzilətli əməllər vardır ki, onları yerinə yetirərək özümüzü cəhənnəm atəşindən qoruya bilərik.

    İnsan behişt üçün yaradılmışdır. Məsumlarımız (ə) buyurur ki, insan gərək özünü behiştdən ucuzuna satmasın. Bəs nə edək ki, cəhənnəm atəşindən azad olaq?

    Davamı ...
  • Dünyanın Müxtəlif Bölgələrində Əhli Beyt (ə) Aşiqləri

    Miyanmar Şiələri həzrəti Əlinin (ə) Şəhadətinin ildönümün qeyd etdilər - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mövlal Muvəhhidin həzrəti Əli ibn Əbu Talibin (ə) məzlumcasına Şəhid olmasının ildönümü günü, radikal buddistlər ölkəsi olan Myanmarın müxtəlif şəhərlərində möhtəşəm qeyd edilib. Perum şəhərində yaşayan Şiələr tərəfindən möhtəşəm qeyd edilib. Myanmar Şiələri mərasimdə çıxışlar edərək həzrəti Əlinin (əleyhi səlam) fəzilətlərindən danışıb daha sonra xiyabanlara çıxaraq yürüş ediblər. Habelə Myanmarın şərqində yerləşən Tanci şəhərinin Şiələri də, Əhya mərasimlərini xüsusi ilə 21-ci gecənin Əhya mərasimini Höccətül İslam Şeyx Cəmal Hüseynin çıxışlarından istifadə ediblər.

    Davamı ...
  • Məzhərəl Əcaib Əli əleyhi səlamın Şəhadət Günləri

    Nəcəfi Əşrəf həzrəti İmam Əlinin (ə) Şəhadət gecəsində - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mövləl Muttəqin Əmirəl Möminin həzrəti Əli ibn Əbu Talibin (əleyhiməs səlam) Şəhadətə yetməsinin ildönümü Ramazan ayının 21-nə təsadüf edir. Bu gecə elə bir gecədir ki, bütün aləm matəmə qərq olur... Nəcəfi Əşrəfdə isə, Mələklər göylərdən yerə enərək hərəmin dörd bir tərəfin bürüyür və Şiələr özlərini Muvəhhidlərin Mövlası həzrəti Əlinin (əleyhi səlam) məzarı kənarına çatdırırlar. Əhya gecəsini Ağanın müqəddəs məzarı kənarında qeyd edirlər.

    Davamı ...
  • İlahi Ziyafət Ayı

    İsfəhanın Təxti Fulad məzarlığında Əhya gecələri - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsfəhanda peyğəmbərlərin, İmam övladlarının, Şiənin tanınmış adlı-sanlı möhtəşəm alimləri o cümlədən Noxudəki ləqəbilə tanınan böyük airf Hac Şeyx Həsən Əli İsfəhani və onun ustadı Hac Muhəmməd Sadiq Təzt Fuladinin uyuduqları Təxti Fulad məzarlığında Əhya gecələri keçirilir.

    Davamı ...
  • Və Rəhməti Hər Bir Şeyi Buruyub

    Mübarək Qədr gecəsi Bakıda belə qeyd edildi - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qədr gecəsi mərasimləri Bakıda böyük izdihamlarla müşahidə olunub. Bbelə ki, bu gün Mübarək Ramazan ayının 19- dur. Artıq birinci Qədr gecəsi arxada qalıb. Ötən gecə respublikanın müxtəlif bölgələrində olmaqla, həmçinin Bakıda da, məscidlər və hüseyniyyələrdə Qədr gecəsi mərasimləri böyük izdihamla keçirilib. Mərasimlərdə xütbələr oxunub, dualar edilib və Quranlar tilavət edilərək başlara qoyulub.

    Davamı ...
  • Rəhmət Qapılarının Üzümüzə Açılan Gecə

    Əhya və Qədr gecəsinin əməlləri

    Qədr gecəsi mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə, İmam Zaman həzrətlərinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) enər və əmrləri O həzrət çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır.

    Davamı ...
  • İlahi Ziyafət Ayında

    İmam Əlinin (əleyhi səlam) hərəmində səhər radələrində keçirilən Quranla Üns proqramı - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Quranın Bahar ayı sayılan mübarək Ramazan ayında həzrəti Əmirəl Möminin Əli ibn Əbu Talibin (əleyhimə səlam) hərəmi tərəfindən sübh namazından sonra Quranla Üns proqramı keçirilir. Yüzlərlə Cəmiyyət Namazını qılan mömünlər proqramda iştirak edərək böyük həvəslə Qurani Kərimi tərtil ilə tilavət edirlər.

    Davamı ...
  • İlahi İncilərin Nur Sil-Siləsi

    İmam Xamenei cənabları Qurani Kərim Müsabiqəsinin iştirakçılarını qəbul edib - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 32ci Qurani Kərim Beynəlxalq Müsabiqəsinin iştirakçıları o cümlədən Qurani Kərim Müəllimləri, Qurani Kərim Hafizləri, Qarilər Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cənabları ilə görüşüblər. Görüş İslam İnqilabının Banisi mərhum İmam Xomeyni həzrətləri adına hüseyniyyədə baş tutub.

    Davamı ...
  • Reportaj

    İslam dininin gəlişinin əsl məqsədi

    Əgər bu ayənin təfsirində at çapmaq, ox atmaq tövsiyə olunubsa səbəbi budur ki, o zamanlarda at çapmaq, ox atmaq hərbi xidmətlərdən hesab olunurdu. İslam baxımından hədəf ata minib ox atmaq deyil. Hədəf budur ki, müsəlmanlar öz zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar. (Əlbəttə, bunu da nəzərdən qaçırmayaq ki, qeyri-sabit hökmləri sabit hökmlərdən istinbat etmək səlahiyyəti yalnız ali dini orqanların ixtiyarındadır. Başqa şəxslərin bu sahədə nəzər verməyə haqları yoxdur.

    Davamı ...
  • Qurani Kərimin tövsiyyələri

    Möminlərin bir-biri ilə rabitəsi necə olmalıdır?

    Qurani-Kərim mühacir və ənsarlardan sonra gələn müsəlmanlara müraciət edir: “Onlar Allaha dualarında deyirlər: Pərvərdigara! Bizi və imanda bizdən irəlidə olan qardaşlarımızı bağışla və qəlbimizdə möminlərə qarşı kin və həsədi qərar vermə. Pərvərdigara! Sən rəhimli və mehribansan! “

    Davamı ...
  • Yaxın Şərq Xəbərləri

    İraq Şiə Ruhaniləri və Hizbullahı Quran tilavət edərkən - Foto

    Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mosulda sionist nökərləri olan terrorçuları dəmir dəyənəkləri ilə başlarını əzən İraq Hizbullahı və Şiə Ruhaniləri döyüş fasiləsində Quran Kərim tilavət edərkən...

    Davamı ...
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky