Bəşəriyyətin Atasız Qalan Günü

Bu gün 28 Səfər Hz. Peyğəmbərin və İmam Həsənin (ə) Şəhadət günüdür

  • News Code : 794789
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Ölüm Mələyinin dilindən: “O zaman ki, qapı üzümə açıldı, gözləri batan günəş rəngində idi. Sənin üçün bir qərib idim ki, görüşmək şövqündə idim. Mənim üçün kifayət idi ki, bu dünyanın qəriblərinə əta etdiyin mehribanlığı mənə də edəsən. Baxmayaraq ki, Peyğəmbərin (s) xəstəliyinə görə bu evə girmək icazəsini mənə vermədin və mən qapı arxasında qaldım...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixinin 10-cu ili, 28 Səfər ayı (Miladi tarixi ilə 632-ci ilin iyun ayı, 63 yaşında) və Hicri Qəməri tarixi ilə 50-ci il, 28 Səfər ayı (Miladi tarixi ilə, 670-ci il 9 mart, 45 yaşında) bəşəriyyət tarixində ən ağır itkili günlərdən biri kimi qeyd olunub. Belə bir gündə İslam Hakimiyyətinin Əzəmətli Banisi, Dahi Rəhbər, Azadlıq, İzzət və Şərafət Məktəbinin təməlçisi həzrət Muhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və alihi və səlləm) və onun nəvəsi həzrəti Fatiməi Zəhranın (səlamullahi əleyha) nübar balası, Ali Əbanın üzvü, 14 Məsumun 4-cüsü, 12 İmamın 2-cisi və Əhli Beytin (əleyhimus səlam) parlaq ulduzu İmam Həsən Muctəbanın məzlumcasına Şəhid olublar.

Bu hüzün və kədər dolu gün münasibəti ilə, Biz ABNA olaraq başda İmam Zaman həzrətləi olmaqla Onun haqq naibi İmam Xamenei cənabları və bütün Ali Təqlid Mərcələrinə, insan və cin tayfalarından olan mömünlərə dərin hüznlə baş sağlığı veririk.

İndi isə Deyerler saiytının Tebyan və İslami saytlara istinadən hazırladığı yazıları təqdim edirik:

 

Ölüm mələyi olan Əzrayıl (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı – Həzrət Peyğəmbərdən (s) başqa...

Ölüm Mələyinin dilindən: “O zaman ki, qapı üzümə açıldı, gözləri batan günəş rəngində idi. Sənin üçün bir qərib idim ki, görüşmək şövqündə idim. Mənim üçün kifayət idi ki, bu dünyanın qəriblərinə əta etdiyin mehribanlığı mənə də edəsən. Baxmayaraq ki, Peyğəmbərin (s) xəstəliyinə görə bu evə girmək icazəsini mənə vermədin və mən qapı arxasında qaldım.

Ey Fatimə! Gəlmişəm ki, evinin aydınlıq çırağını özümlə aparım. Ancaq ürəyim qəminin qaranlıq gecəsini görəndə razı olmadı. Ah o əziyyətdən ki, səndən sonra Əli (ə) üçün gələcəyəm.

Evə daxil olmaq üçün ikinci dəfə izn istəyəndə titrəyən əllərinlə qapını açdın. Sanki sənə qərib olan ölüm hissi sorağına gəlmişdi. Başa düşdüm ki, məni tanıdın və nə üçün gəldiyimi başa düşdün. İstədim sənə deyim ki, baxışların belə ölümünü təxirə sala bilər. Təqdir olunanı bir-birinə vurar. Ancaq ürəyini Allahın istədiyinə tapşırmısan və gözünü məndən çəkmisən.

Evinə o qədər aram və sakit daxil oldum ki, sanki qapı bahar mehi üçün açılmışdı. Kaş ki, vəzifəm Allahın məhbubu ilə nazənin cismi arasında ayrılıq salmaq olmazdı.

Peyğəmbər (s) həyatda olan zaman Cəbrayil (ə) onun yanından qayıdanda qanadları behişt güllərindən də xoş ətirli olardı. Üzü cənnət çıl-çıraqlarından daha nurani olardı. Mən də hər dəfə arzu edirdim ki, Peyğəmbərin (s) gül vücudunu iyləyə bilim. Camalının nurunu görüm.

Bu fürsət indi hazır olmuşdur. İnan ki, bir ömürdür insanların ölüm mələyiyəm. Amma indiyə qədər heç bir müsibət bu qədər ürəyimi titrəməmişdi. Peyğəmbər (s) əvvəl səni (Fatiməni (s.ə)) qucaqladı və qulağına bir sirri nəcva etdi və sonra üzünü mənə çevirdi. Peyğəmbərin (s) sənə dedikləri ilk gözlərində yaş yaratdı və sonra dodaqlarının qönçəsi açılan gül kimi güldü. Bilirəm ki, Peyğəmbər (s) can verən zaman bu qəribə gülüşün ağlamağa çevriləcəkdir.

Fatiməcan (s.ə)! Ölüm mələyi olan Əzrayil (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı. Atan Peyğəmbərdən (s) başqa ki, Allahın sevimli xəlqidir. Ürəyin rahat olsun. Ölüm mehi atanın canını mehribanlıqla alacaqdır. Bu İlahi əmanəti incitməyəcəkdir.

Allah eləsin ki, atandan sonra sənin məzlumcasına can verməyinin zamanı hələ gəlib çatmasın, çünki atandan sonra gücüm qalmayıbdır.

Allah sənə bu müsibətə görə layiqli səbri inayət etsin”.

 

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar ki, bu işi kim görəcəkdir? Həzrət buyurur: Bu işi həyat yoldaşım Cödə - Əşəs ibni Qeysin qızı görəcəkdir. Müaviyyə gizli şəkildə ona zəhər göndərəcəkdir və ona əmr edəcəkdir ki, bu zəhəri mənə içizdirsin”.

Deyirlər ki, onu evindən çıxart. Buyurur: “Onu evimdən necə çıxardım ki, hələ bir iş görməmişdir. Əgər onu evimdən çıxartsam, ondan qeyrisi məni öldürməyəcəkdir. İnsanların yanında (Cödənin) üzrlü səbəbi olacaqdır ki, cinayət etmədən məni evindən çıxartdı”.

Təbii ki, İmam (ə) bunun nə zaman baş verəcəyini dəqiq bilmirdi, belə ki, əks təqdirdə bu zəhərin içilməsinin qarçısını ala bilərdi.

Bir müddət sonra Müaviyyə çoxlu mal ilə bir yerdə öldürücü zəhəri də Cödə üçün göndərir. Ona xəbər göndərir ki, əgər bu zəhəri İmam Həsənə (ə) içizdirsə, ona yüz min dirhəm verəcək və oğlu Yezidlə evləndirəcəkdir. Ona görə də bu qadın İmamı (ə) öldürmək üçün cürət edir.

Həzrət (ə) bir gün oruc tutmuşdu və həmin gün çox isti idi və susuzluq ona təsir etmişdi. İftar zamanı çox susuzlamışdı. Həmin qadın süddən şərbət düzəldir və zəhəri də içinə tökür. Sonra İmama (ə) verir və İmam Həsən (ə) də onu içir. İçən zaman zəhəri hiss edir və buyurur: “İnnə lilləh və inna ileyhi raciun”. Sonra Allaha həmd edir ki, bu fani dünyadan cavidan dünyaya yollanır. Babasını, atasını, anasını, əmisi Cəfəri və Həmzəni görəcəkdir.

Üzünü Cödəyə çevirir və buyurur: “Məni öldürdün, Allah da səni öldürsün. Allaha and olsun ki, məndən sonra canişinin olmayacaqdır. Həmin şəxs səni aldatdı, Allah səni və onu Öz əzabı ilə xar etsin”. Həzrət Həsən (ə) iki gün məşəqqət çəkdi və şəhadətə çatdı...

Müaviyyə də həmişəki kimi vədinə əməl etmədi və vədə verdiyi pulu verdi, ancaq Yezidlə evləndirmədi. O, demişdi: “O kəs ki, Həsənə (ə) vəfa etmədi, Yezidə də vəfa etməyəcəkdir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky