Əqileyi Bəni Haşim (əleyha səlam)

ABNA Xanım Zeynəbin (ə.s) mövludu günü münasibətilə Sizi təbrik edir! - Şer

  • News Code : 734873
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhruumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də Mədinə şəhərində Nübuvvət və İmamət (Peyğəmbərlik və İmamlıq) Xandanında İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (səlamullahi əleyha) dünyaya göz açıb.

Biz ABNA olaraq bu bərəkətli və nurani gün münasibəti ilə başda İmam Zaman (Allah Təala onun zühurunu tezləşdirsin) həzrətlərinə, Haqq Naibi İmam Xamenei həzrətlərinə və Ali Təqlid Mərcələrinə, ümümdünya Əhli Beyt (əleyhim səlam) Məktəbinin davamçılarına sonda bütün dünya xalqlarına təbrik ərz edirik!

Qeyd edib bildiririk ki, Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.


İlahi göstərişlə qoyulan ad - Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və O, hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar. 3 gündən sonra Peyğəmbər (s) səfərdən döndü. Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən ilahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam". Bunu eşidən Peyğəmbər (s) təzə doğulan körpəni onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbər (s) onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".


Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: "Atacan, məni istəyirsən?" Əli cavab verir ki, bəli, qızım, istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: "İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur".


"Müsibətlər anası"

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) Qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb səbr edir. İmam Hüseyni, Həzrət Abbası şəhadətə yetirirlər, amma o səbr edir. Bu azmış kimi iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir. Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb ən kamil şəkildə yerinə yetirdi.


Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhruumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı". Bundan əlavə, Kərbəla qəhramanın ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".

Xanım Zeynəb (əleyha səlam) Mövluduna Dair Qoşulmuş Şeir



Bu gün Vilayət-aşiqin məhəbbəti bilindirir,
Deyir: - Mübarək ey Rəsul, Peyəmbərin sevindirir.


Gəlib sevinməyin dəmi, silib ürəkdən hər qəmi,
Gəlir mələk də təbrikə əziz Rəsuli-əkrəmi.
Əliyyu Fatimə qızı, Həsən, Hüseynin həmdəmi,
O Zeynəbin viladəti tutub sevincə aləmi,
Sevənlərin nəinki dil – ürək sədası dindirir.


Tanı gələn bu incini, bilinməz əsl qiyməti,
Xuda verib bu incidə Əliyə ayrı zinəti.
Görün: - Xanım əsir düşür, çəkir əzab-əziyyəti,
O dağ vüqarlı görkəmi, sözündəki bəlağəti
Yəzidi (lən) lal edir, donan ürəkləri isindirir.


Bu Zeynəbin cəsarəti gər, olmasaydı bir zaman,
Bu gün həqiqətin yerin güman tutardı, ya yalan,
Susardı Kərbəla çölü, edərdi öz qəmin nihan,
İtərdi dini-Mustafa, çətin qalardı bir nişan,
Gəlir gümanə bu fikir, ağılları düşündürür.


Ürək sıxılmasın, əgər, onu çətinlik incidir,
Xudayə and verilsə Zeynəb ismi təkcə, bəs edir.
Təvəssül eyləyən kəsə Cahanda dərdi-sər nədir?
Sənin qapından ey Xanım, gəlir şəfa tapır gedir –
Əgər birin bəla yıxır, dizin-dizin süründürür.


Qanad aç, ey sözüm, yetiş, hüzuruna salam yetir,
Ürək coşur sevinc ilə, gəlir xəyalə min fikir.
Yazıldı vəsfi-şəninə bu kəlmələr sətir-sətir,
Nəzər salıbsan ey Xanım, nəinki söz mənimkidir,
Sənin adınla Şahin öz sözün bəhayə mindirir.




Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky