Xanım Fatimənin (s) Şəhadəi ilə bağlı

“Əyyami Fatimiyyə”nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi qaraparçalarla bəzənildi + Foto

  • News Code : 513326
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Tarix yazır ki, Ömər və Əbu Bəkr bu işi gördükdən sonra Xanım Zəhranın (səlamullahi əleyha) görüşünə gələrək ondan etdikləri haqsızlıqlara görə halallıq almaq istəsələr də lakin həzrəti Fatimə (səlamullahi əleyha) qəzblə üzünü divara çevirərək onlarla danışmır və dünyadan köçdükdə də onlardan incili köçür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri Tarixi ilə Cəmadiul Ula ayının 10-dan etibarən (Miladi Tarixinin 11.03.2014-nə təsadüf edir) İraq, İran İslam Respublikası, Azərbaycan, Səudi Ərəbistan, Livan, Suriya, Pakistan, Hindistan, Əfqanıstan və. s ölkələrdə Fatimiyyə Günləri başlanılır. Bununla əlaqədar olaraq, Kərbalada İmam Hüseynin (əleyhis səlam) hərəmi artıq ötən gündən bəri başlayaraq qara bayraqlarla bəzənilib.

Belə ki, bayraqlardan 8-nin üzərində “Əssəlamu Əleyki Ya Fatimətuz Zəhra (s)” və 10-nun üzərində isə “Ya Fatimətuz Zəhrail Bətul (s)” cümlələri yazılıb. Habelə qalan bayraqlar üzərində isə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) Fatiməi Zəhra (səlamullahi əleyha) haqda buyurduğu qızıl kəlamları və hərəmin müdiriyyəti tərəfindən Əhli Beyt aşiqlərinə baş sağlığı verilən cümlələr qeyd olunub.

Qeyd edək ki, Fatimiyyə Günləri o, günlərə deyilir ki, Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) həmin günlər ərzində ikinci xəlifə Ömər ibn Xəttab, Muğeyrə və Ömərin qulu Qonfoz tərəfindən öz evində döyülərək, qapı ilə divar arasında saxlanılaraq ciddi ölümcül xəsarətlər alır. Nəticədə elə oradaca bətnindəki 6 aylıq oğlan uşağı (onun adı Möhsün idi Allahın salamı ona olsun) zərbələr ucbatından yerə salınaraq Şəhid olur və xanım Fatimə Zəhra (səlamullahi əleyha) da üç gün yatağa düşdükdən sonra dünyasını dəyişərək Şəhid olur.

Tarix yazır ki, Ömər və Əbu Bəkr bu işi gördükdən sonra Xanım Zəhranın (səlamullahi əleyha) görüşünə gələrək ondan etdikləri haqsızlıqlara görə halallıq almaq istəsələr də lakin həzrəti Fatimə (səlamullahi əleyha) qəzblə üzünü divara çevirərək onlarla danışmır və dünyadan köçdükdə də onlardan incili köçür.

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) rəvayət vardır: “Fatimə mənim canımın parəsidir. Hər kim onu sevindirərsə məni sevindirib və hər kim məni sevindirərsə Allah Təalanı sevindirib. Hər kim onu qəzəbləndirərsə məni qəzəbləndirib və hər kim məni qəzəbləndirərsə Allahı qəzəbləndirib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky