Bəqinin dağıdılmasına etiraz bəyənatı

“Muhəmmədin (s) Maarifi İşığında” İcmasının Bəqi Qəbiristanlığının dağıdılmasının ildönümü ilə bağlı Bəyanatı

  • News Code : 453001
  • Source : İslam Nuru
Brief

«Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz !» (Maidə - 51)

بسم الله الرحمن الرحیم

ياأيها الذين آمنوا لا تتخذوا اليهود والنصارى أولياء بعضهم أولياء بعض ومن يتولهم منكم فإنه منهم إن الله لا (المائدة – 51) يهدي القوم الظالمين

«Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz !» (Maidə - 51)

 

Yəhudi və xristian biliciləri öz hiyləli planlarının davamında azğın vəhabi firqəsini yaradaraq İslam Peyğəmbəri (s) və onun Əhli-Beytinə (ə) qarşı olan düşmənçiliklərinin yeni mərhələsinə başladılar.

Onlar İslam Peyğəmbərinin (s) və məsum İmamların (ə) şəhadətə yetirilməsində bir başa rol oynamış, və İlahi hidayət çıraqlarının söndürülməsi üçün müxtəlif çirkin planlara əl atmışlar.

İlahi vəhyin sonuncusuna inanmayanlar, Peyğəmbər (s) və onun Əhli-Beyinə (ə) qarşı kinlərini nəinki onların həyatı dövründə, hətta o məsumların şəhadətindən sonar belə müxtəlif çirkin əməllərlə tarix qarşısında sübuta yetirmişlər.

Hicri tarixilə 1334-cü il şəvval ayının 8-i İbn Səudun yenidən Hicaz məntəqəsində hakimiyyətə gəlişi ilə, Şeyx Abdullah tərəfindən Mədinə şəhərində və şəhərdən kənarda olan günbəz və zərihlərin, o cümlədən, Peyğəmbərin (s) valideynləri həzrəti Abdullah (ə) və xanım Aminənin (s) günbəzləri, Peyğəmbərin (s) qızları və yoldaşlarının qəbirləri, Peyğəmbərin (s) övladı həzrəti İbrahimin (ə) hərəmi, Malik ibn Ənəs və Osmanın günbəzləri, Məsum imamların (ə) günbəz və məqbərələrinin uçurdulması buna bariz nümunədir.

Biz “Muhəmmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında” İcması, İslam libasında müsəlmanlar arasında rəxnə salan işğalçı sionistlərin müzdlu təkfirçi nökərlərinin əli ilə Cənnətul Bəqinin dağıdılmasını kəskin məhkum edərək, bu münasibətlə bütün İslam Aləminə dərin hüznlə başsağlığı veririk.

 

Vəssəlamu əla mənittəbəil huda

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky