Həqiqi Əhli-Beyt (əleyimus səlam) Aşiqləri

Bu gün Ümmül Bənin (əleyha səlam) Xanımın Şəhadət günüdür

  • News Code : 412788
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Tarix yazır: Ümmül Bənin (səlamullahi əleyha) Əhli-Beytin (əleyhis səlam) haqqını tanıyan, onlara məhəbbət bəsləyən, çox fəzilətli və arifə bir qadın idi. Kərbala hadisəsindən sonra Əhli-Beytin (əleyhis səlam) Şama sürgün edilib oradan da, Mədinəyə qaytarıldıqda, özünü Xanıb Zeynəbin evinə çatdıraraq, doğma oğlu Əbbası soruşmadan ilk Xanım Zeynəbin Kərbalada şəhid olmuş dörd balasını ona təsliyyət verdi...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bəzi hədislərə görə miladi tarixinin aprel ayının 5-nə təsadüf edən hicri qəməri tarixinin “Cəmadiul Sani” ayının 14-ü Əhli Beyt aşiqi, Kərbəla Qəhrəmanı Həzrəti Əbbasın anası, İmam Həsən, İmam Hüseyn və Xanım Zeynəbin layiqli nökəri, əziz İslam Peyğənbərin qızı Fatiməi Zəhranın (səlamullahi əleyha) yardımçısı, Ümmül Bənin (əleyha səlam) həzrətlərinin şəhid olan günüdür. 

Biz ABNA olaraq bü müsübəti başda İmam Zaman (Allah onun zühurun tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xameneiyə və həmçinin bütün bəşəriyyətə dərin hüzünlə baş sağlığı veririk. Və Ümmül Bəninin (səlamullahi əleyha) həyatı ilə bağlı ziyarətçilərimizə qısa anlayış təqdim edirik:

 

Əmirəl Möminin Əlinin (əleyhis səlam) Ümmül Bəninlə (əleyha səlam) izdivacı

İmam Əli (əleyhis səlam) cənabları Xanım Fatiməyi Zəhra (səlamullahii əleyha) atasının şəhadətindən sonra, cəmi 95 gün fani dünyada yaşaya bildi. Dünya və Axirət sarayı qadınlarının sərvəri olan Həzrəti Fatimə (səlamullahi əleyha) nəhayət, İmamət və Xilafət məqamının qəsibkarları olan, Əbu Bəkr, Ömər, qulamı Qonfoz və həmkərları Muğeyrə (Allah onları öz rəhmət sayəsindən uzaq etsin) tərəfindən vəhşicəsinə olunan hücumlara məruz qalaraq, İmam Əli ilə birgə evlərinə sığınırlar. Bunu görən Əbu Bəkr, Ömər və bir dəstə həmkarları, onların evlərinə yürüş edib, İmamın evinə od vurub yandırırlar. Ömər bildikdə ki, İslam Peyğəmbərinin qızı, Xanım Fatiməyi Zəhra (səlamullahi əleyha) qapının arxasında dayanıb, var gücü ilə, təpik vuraraq qapını sındırır. Nəticədə Xanım Fatiməyi Zəhra (səalmullahi əleyha) qapı ilə divar arasında qalaraq, sınmış qapının iri mismarları Xanımın mübarək sinəsinə batır, qabırğaları sınır və bətnindəki Möhsün (səlamullahi əleyh) adlı altı aylıq uşağı siqt olub yerə düşür.

Peyğəmbər (səlləlahu əleyhi və alih) bir gün xütbə edib qurtarandan sonra İmam Əliyə (əleyhis səlam) üzünü tutur və buyurur: “Tezliklə Qureyş sizə qarşı ayağa qalxacaq. Sizə zülm edəcək. Sizə zülm edərək, sizin haqqınızı tapdayaraq, öz vəhdətlərinə nail olacaqlar. İslamın bəlası buradadır. Müsəlmanlar öz əsl dərdlərini burada görməlidirlər. O vaxt ki, tayfa və s. bunun kimi məsələlər meydana çıxdı və İslam yaddan çıxdı, müsəlmançılıq yaddan çıxdı, o zaman onlar haqqı kənara qoyub, birləşə bilərlər. Mübarizə əhli olan dostlar tapsan, onlarla cihad et, tapmasan əlini saxla, məqamını qoru. Amma onu bil ki, şəhadət sənin ardınca gəlir. Allah-Təala sənin qatilinə lənət etsin”.

Peyğəmbər (səlləlahu əleyhi və alih) bu sözü qurtarandan sonra üzünü tutur qızına tərəf. Xanım Fatiməyə (səlamullahi əleyha) sözünü deyir: “Sən Əhli-Beytimdən (əleyhimus səlam) birinci şəxsən ki, mənə qovuşacaqsan. Və sən Behişt əhlinin xanımlarının sərvərisən, başçısısan. Tezliklə məndən sonra sənə qarşı zülm olacaq. İş o yerə çatacaq ki, səni vuracaqlar, sənin qabırğanı sındıracaqlar. Allah-Təala sənin də qatilinə lənət etsin”.

Bu barədə Xanım buyurur: “Lənətlik Qonfoz evimə (Ömər və Əbu Bəkr tərəfindən) göndəriləndən sonra, İmam Əlini (əleyhis səlam) güclə (Xilafəti qəsb etmiş Əbu Bəkrə) beyət etməyə aparmaq istəyirdilər. Əli (əleyhis səlam) də Rəsuləllahın (səlləllahu əleyhi və alih) vəsiyyətini yerinə yetirərək, Quranın təlifi ilə məşğul idi, onlarla çölə çıxmırdı. Bunlar bir miqdar odun götürərək, evin qabağında yandırmağa başladılar. Onlar evə od vurmaq istəyirdilər. Qapının arxasında dayanıb onları Allaha və atam Peyğəmbərin (səlləlahu əleyhi və alih) haqqına and verdim. Amma onlar bu işdən əl çəkmədilər: “Bir kəs də tapılmadı ki, bizlərə kömək etsin...”.

Həzrəti Möhsün (əleyhis səlam) dünyaya gəlmədən, şəhid oldu. Möhsün (əleyhis səlam) cənabları İmamət Məqamı uğrunda ilk şəhidi olaraq, tarixə yazıldı.

Xanım Fatimə (səlamullahi əleyha) qapı arxasında qalandan və uşağı siqt olandan sonra yatağa düşdü və nəticədə şəhadətə yetdi. O, dünyasını dəyişmədən öncə belə vəsiyyət etdi: “Bu işdə iştirak edənlərin ləyaqəti yoxdur ki, mənim dəfnimdə iştirak etsinlər. Onlar bacardıqlarını etdilər. Mən istəmirəm ki, onlar mən dəfn olan zaman, atama qovuşan zaman orada iştirak etsinlər”. İmam Əli (əleyhis səlam) Xanımın (səlamullahi əleyha) bu vəsiyyətini çox böyük dəqiqliklə və şücaətlə, çox az sayda Əhli-Beytin (əleyhimus səlam) həqiqi aşiqlərinin iştirakı ilə, yavaş-yavaş bu işi həyata keçirtdi. Bu gün Xanımın qəbrinin harada olduğu bilinmir...

Matəm bitib qurtardıqdan sonra, İmam Əli (əeyhis səlam) ərəb tayfalarına aşnalığı olan qardaşı Əqil ibni Əbu talibi (əleyhiməs səlam) yanına çağırıb, ondan şücaətli tayfadan, Kərbala şölündə İmam Hüseynə köməkçi olan oğlan uşağı dünyaya gətirə bilən bir ləyaqətli xanım tapıb onunla evlənmək istədiyini bildirdi.

Əqil, şücaətlikdə ad çıxartmış əni Kilab tayfasından olan Fatimə Kilabiyyə binti Hizamdır Həzrət Əli üçün elçilik etdi...

 

Ümmül Bənin (səlamullahi əleyha), Ləyaqətli Analıq

Ümmül Bənin (səlamullahi əleyha), İmam Əlinin evinə gəldiyi gündən daim çalışırdı ki, İslam Peyğəmbərinin nakam qızı Həzrəti Fatimənin balaları üçün yaxşı analıq olsun və bacardıqca sinələrinə Ana Dağı dəymiş az yaşlı Zeynəb, Həsən və Hüseynə (əleyhimus səlam) Ana məhəbbətini əta edə bilsin.

Ümmül Bəninin (səlamullahi əleyha) əsl adı Fatimə Kilabiyyə binti Hizamdır. O, özü İmam Əliyə, məni adımla çağırma, Ümmül Bənin (yəni uşaqların anası) adı ilə çağır deyərək müraciət etdi...

Ümmül Bənin (səlamullahi əleyha), Xanım Zəhranın balalarını daim öz doğma balalrından (o, Kərbəla Qəhrəmanı, Həzrəti Əbulfəzlil Əbbasın anasıdır) üstün tutmuş və ana sevgisini onlara daha da çox əsirgəmişdir...

Deyilir ki, Ümmül Bənin (səlamullahi əleyha) İamm Əli il evləndiyi gün Hüseyn (əleyhis səlam) bər k xəstə olur. Ümmül Bənin (səlamullahi əleyha) Həzrətin evinə daxil olan kimi hadisədən xəbər tutduqda, hələ gəlinlik paltarını əynindən çıxartmamış, İmam Hüseynin (əleyhis səlam) çarpayısına tərəf yürüyərək ona xidmət göstərməyə başlayır...

 

Əhli-Beyt (əleyhis səlam) və Ümmül Bənin (səlamullahi əleyha)

Tarix yazır: Ümmül Bənin (səlamullahi əleyha) Əhli-Beytin (əleyhis səlam) haqqını tanıyan, onlara məhəbbət bəsləyən, çox fəzilətli və arifə bir qadın idi. Kərbala hadisəsindən sonra Əhli-Beytin (əleyhis səlam) Şama sürgün edilib oradan da, Mədinəyə qaytarıldıqda, özünü Xanıb Zeynəbin evinə çatdıraraq, doğma oğlu Əbbası soruşmadan ilk Xanım Zeynəbin Kərbalada şəhid olmuş dörd balasını ona təsliyyət verdi...

 

Ümmül Bəninin (səlamullahi əleyha) dünyaya gətirdiyi övladlar

Ümmül Bənin (səlamullahi əleyha) İmam Əlidən dörd oğlan övladı dünyaya gətirib: 1- Əbülfəzlil Əbbas. 2- Əbdullah. 3- Cəfər. 4- Osman (əleyhimus səlam).

Onun dörd oğlunun dördü də Kərbəla hadisəsində, İmam Hüseynin gözü önündə İslam Düşmənləri ilə şücaətlə döyüşərək uca Şəhidlik zirvəsinə çatmağa nail olmuşlar...

Əhli-Beytin (əleyhis səlam) Şama sürgün edilib oradan da, Mədinəyə qaytarıldıqda, İmam Zeynul Abidin (əleyhis səlam) karvanı Mədinənin girəcəyində saxladaraq, Bəşiri Mədinəyə yollayaraq, camaata Kərbəla hadisəsini xəbər verib, Alullah olan Əhli-Beytin (əleyhis səlam) Kərbəla Küfə və Şamdabaşlarına gələnləri çadırsın. Bəşir Mədinəyə daxil olduqda Ümmül Bənin (səlamullahi əleyha) onunla rastlaşır və ondan soruşur: İmam Hüseyndən (əleyhis səlam) hansı xəbər var?

Bəşir: Ey Ümmül Bənin! Allah sənə səbr versin. Oğlun Əbbas şəhid edildi...

Ümmül Bənin(səlamullahi əleyha): Hüsynimdən (səlamullahi əleyh) mənə xəbər ver... Bu minvanla Bəşir bir-bir onun oğlanlarının şəhid olduqları xəbərini ona çatdırdı. Lakin Ümmül Bənin(səlamullahi əleyha) yalnız və yalnız İmam Hüseyni (əleyhis səlam) ondan xəbər alır və “oğlanlarım, bütün göylərdə və yerdə olanların hammısı Hüseynimə fəda olsun” deyə Bəşirdən soruşurdu...

Elə ki, Bəşir ona İmam Hüseynin şəhadət xəbərini verdi, Ümmül Bənin(səlamullahi əleyha) nalə çəkərək dedi: Ey Bəşir, qəlbimi paraladın!..

Maməqani deyir: “Heç bir yerdə oxşarı olmayan dörd cavan balasının İmamın müdafiəsi üçün şəhid olduqlarını özünə yüngül saymaq, amma İmamın şəhadət xəbərinə dözməyib nalə çəkməklik və Əhli Beytə olan belə bir şiddətli əlaqə, o xanımın imanının yüksəkliyindən, onun İmamət məqamına olan mərifətinin böyüklüyündən xəbər verir”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Download FILES


32 course of competition of Holy Quran
کنگره جریان‏های تکفیری