Ali Təqlid Din Mərcələri

ABNA-nın Ayətullah Seyyid Ələvi Qurqani ilə Xanım fatimə (s) barəsində eksklüziv müsahibəsi (1)

  • News Code : 409124
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Zaman (Allah Onun Şərafətli Gəlişini Tezləşdirsin) Həzrətləri belə nəql edir: “...Onlar bütün həqiqətləri açıb deyə bilməzdirlər... Çün ki, əgər camaat bunu (admin: Səhv) başa düşsəydilər, Allahı itirib yaddan çıxardardılar. Və Məscidlərdə Əliyə (əleyhis səlam) sitayiş edərdilər...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi, Dünya Şiələrinin Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Uzma Seyyid Ələvi Qurqani cənablarından, Həzrəti Xanım Fatiməyi Zəhra (səlmullahi əleyha) haqqında eksklüziv müsahibə alıb.

Müsahibəni saytımızın izləyicilərinə təqdim edirik:

ABNA: Bizim üçün vaxt ayırdığınıza görə öz təşəkkürümüzü bildiririk. İlk sual olaraq Həzrəti Fatimənin (səlamullahi əleyha) şəxsiyyəti haqqda nə deyə bilərsiz?

Ayətullah Ələvi Qurqani:

بسم الله الرحمن الرحيم الحمد لله، والصلاة و السلام علي رسول الله وعلي آله آل الله، و اللعن الدائم علي اعدائهم اعداء الله

Hər bir şəxsi və ya müəyyən bir şeyi tərif edib tanıtdırmaq üçün, gərək tanıtdıranın özü tanıtdıracağı şəxsdən üstün olmalıdır. Bu fəlsəfə və məntiqdə qəbul olunan qaydalardan biridir. Deməli nəticə etibarı ilə, biz, əziz İslam Peyğəmbərini (səlləlahu əleyhi və alih), Xanım Fatiməyi Zəhranı (səlamullahi əleyha) və Məsum İmamları (əleyhimus səlam) olduqları kimi dərk edə bilmərik. İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) buyurur:

"يا علي! ما عرف اللّه حق معرفته غيري و غيرک و ما عرفک حق معرفتک غير اللّه و غيري."

Ey Əli! Allahı (cəllə cəlaluh) olduğu kimi, Mən və Səndən başqa heş kim tanıya bilmədi və səni də Allah (cəllə cəlaluh) və Məndən başqa heç kim tanıya bilməyib.

(Mənaqib ibni Şəhri Aşub: Cild 3. Səhifə 268)

Başqa bir yerdə isə buyurur:

«يا علي! لايعرف اللّه تعالي الا انا و انت و لايعرفني الا اللّه و انت و لا يعرفک الا اللّه و انا

Ey Əli! Allahı (cəllə cəlaluh) Mən və Səndən baş heç kim (olduğu kimi) tanımır, Heç kimdə Allah (cəllə cəlaluh) və Səndən başqa Məni (olduğu kimi) tanımır və heç kim də Səni, Allahdan (cəllə cəlaluh) və Məndən başqa (olduğu kimi) tanımır.

(Rövzətül Müttəqin: Cild 13. Səhifə 273)

Əziz İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) buyurduqları bir faktdır və həqiqəti bizə açıqlayır. Burada Peyğəmbər buyururlarki, əgər Məsumları kimsə tanımaq istəyirsə, mütləq özüdə onlar kimi Məsum olmalıdır. Qeyri sürətdə, gərk ki, Məsumun özü, özünü bizlərə tanıtdırmalıdır.

Deməli biz gərək, Həzrəti Fatimə (səlamullahi əleyha) barəsində Allahın (cəllə cəlaluh) özündən, İslam Peyğəmbərindən (səlləlahu əleyhi və alih), Məsum İmamlarımızdan (əleyhimus səlam) soruşaq...

ABNA: Allah (cəllə cəlaluh) və İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) Həzrəti Fatimə (səalmullahi əleyha) barəsində nə buyururlar?

Ayətullah Ələvi Qurqani: Biz, Allah (cəllə cəlaluh) və İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) Həzrəti Fatimə (səlamullahi əleyha) barəsində buyurduqlarına diqqət etdikdə görürük ki, Allah Təala, aləmlərdə xəlq etdiklərini dairəyə bənzədərək, Xanım Zəhranı (səlamullahi əleyha) bu dairənin mərkəzi nöqtəsi qərar verib. Məsələn biz Hədisi Kəsaya diqqət yetirdikdə görürük ki, Həzrəti Cəbrail (əleyhis səlam) Allahdan soruşduqda: “Allahım, Kəsa (Əba) altında olanlar kimlərdir?” Allah Təala cavab olaraq buyurmurlar ki, “onlar Peyğəmbər və onun övladlarıdır”, əksinə Allah (cəllə cəlaluh) belə buyurur: “Onlar Fatimə, onun Atası, Əri və uşaqlarıdır” yəni həmin, Xanım Zəhranı (səlamullahi əleyha) yaradılış dairəsinin mərkəzi nöqtəsi qərar verməklik. Allah (cəllə cəlaluh), Xanım Zəhranın (səlamullahi əleyha) vücudunu Atası, Əri və övladlarının tanınması üçün mərkz nöqtəsi qərar verib. Bununla da məlum olur ki, Xanım Fatimə (səlamullahi əleyha) Nübuvvət və Vilayət məqamlarının əsas və həqiqi mərkəzidir...

İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) Xanım Zəharnı (səlamullahi əleyha) “Ummi Əbiha” (Atasının Anası) deyə çağırardı. Bir çoxları bu adın açıqlamasında ilişib qalıblar... Bu qədər ilişikliyə dəyməz. Ona görə ki, bu sözün mənası Xanımın Nübuvvət və Vilayət məqamının mərkəziyyəti olması deməkdir. Kəsa Hədisində də “Onlar Fatimə, onun Atası...” dedikdə, yəni əgər Xanım Fatimə (səlamullahi əleyha) olmasa, İslam Peyğəmbərinin Ana və Mərkəz nöqtəsi də olmayacaq- nəzərdə tutulur...

Xanım Zəhranı (səlamullahi əleyha) tanımaq üçün İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) ona olan məhəbbəti və ona göstərdiyi heyrətləndirici ehtiramıdır. Biz görmüşük ki, həmişə aşağı məqamda olan özündən üstünün əlindən öpər. Amma Həzərti Peyğəmbər (səlləlahu əleyhi və alih) bəzi vaxtlar Xanım Zəhranın (səlamullahi əleyha) əllərindən öpərdi. Bəzi rivayətlərdə deyilir ki, Peyğmbər hər zaman Xanım Zəhranın (səlamullahi əleyha) yanına gəldikdə, xanım ayağa qalxar və Peyğəmbərin (səlləlahu əleyhi və alih) əllərindən öpərdi. Həmçinin hər vaxt Xanım Zəhra (səlamullahi əleyha) Peyğəmbərin hüzuruna yetişdikdə, İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) onun üçün ayağa qalxar və onu öz yerində əyləşdirərək, əllərindən öpərdi.

Doğrudan da, əgər bu Xanımın məqamı üstün olmasa idi, böyük əzəmət sahibi olan İslam Peyğəmbəri, onun üçün ayağa qalxıb, əllərindən öpərdimi?..

Xanım Zəhranın (səlamullahi əleyha) əzəmətini çatdıran başqa bir əhvəlat, Xanımın təvəllüd hadisəsidir... Bir çox ağalar Kövsər sürəsinin təfsirində, “Kövsər” sözünü “Çoxlu Xeyr” mənasında tərcümə edirlər... Mənim nəzərimcə bütün bu deyilənlər doğrudur, heç bir iradı da yoxdur, lakin mümkündür ki, “Kövsər” sözü üçün başqa bir təfsir də olsun... Belə ki, Peyğəmbər cənabları “Əbtəh” adlı bir yerdə öz səhabələri ilə əyləşmişdir. Həzrəti Cəbrail Əmin (əleyhis səlam) nazil oldu və Peyğəmbər (səlləlahu əleyhi və alih) cənablarına 40 gün ibadətlə məşğul olaraq, Xanım Xədicənin (səlamullahi əleyha) yanına getməməyi əmr etdi. Peyğəmbər 40 gün “Ummu Haninin” evində qaldı, 40-cı gün, Peyğəmbər (səlləlahu əleyhi və alih) üçün behişt meyvələrindən Xurma, Üzüm və Kövsər suyu təam olaraq gətizdirildi. Peyğəmbər bu nemətlərdən yedikdən sonra Xanım Xədicənin (səlamullahi əleyha) yanına getdi və həmin gecə Fatimə (səlamullahi əleyha) Xanımın nütfəsi ana bətninə düşdü. Xanım Zəhranın (səlamullahi əleyha) adlarından biri də “Kövsər”dir. Ehtimal olunur ki, Xanıma bu adın qoyulma səbəbi onun nütfəsində, behiştdən gətizdirilmiş Kövsər suyunun mövcud olmasıdır. Və Allah Taala buyurduqda ki, “Biz Sənə Kövsər bəxş etdik...” (Kövsər sürəsi, ayə 1) yəni “Ey Rəsulum! Biz Sənə Kövsər suyundan yaranmış Fatiməni bəxş etdik”.

Mən hədisləri axtarmışam, lalkin Peyğəmbər(səlləlahu əleyhi və alih), İmam Əli (əleyhis səlam) və digər Məsum imamlar (əleyhimus səlam) haqqında belə bir rəvayətin olmasına rast gəlməmişəm...

İmam Həsən Əskəri (əleyhis səlam) buyurlar: “نحنُ حُجَجُ اللّهِ عَلى خَلقِهِ وَ فاطمةُ حُجةٌ عَليَنا” “Biz, Allahın məxluqları üçün nümunəyik. Fatimə (səlamullahi əleyha) da bizim üçün nümunədir.”

(Təfsir Ətyəbul Bəyan, 13-cü cild, 236 səhifə)

Deməli görürük ki, Xanım Fatimə (səlamullahi əleyha), böyük məqamlı insanlar üçün bir nümunədir.

ABNA: Bəzilər belə bir sual edə bilər ki, Həzrəti Zəhra (səlamullahi əleyha) 1400 il bundan qabağ yaşamış bir qadındır, görəsən müasir dövran üçün nümunə ola bilərmi?

Ayətullah Ələvi Qurqani: Burada söylədiyim rəvayətlərdən və söyləmədiyim lakin mövcud olan rəvayətlərə əsasən, məlum olur ki, Həzrəti Fatimə (səlamullahi əleyha) həmişə yaradılış aləminin mərkəz nöqtəsi olub... hətta bəzi rəvayətlərdə, Xanım Zəhra (səlamullahi əleyha) maddi aləmdə yaradılmamışdan öncə də yaradılış aləminin mərkəz nöqtəsi olması aydın deyilir. Bütün bu hədislərə əsasən, məlum olur ki, Xanım Fatimə (səlamullahi əleyha), qiyamət gününəcən yaradılış aləminin mərkəz nöqtəsi olaraq qalacaq və bütün insanlar üçün əbədi bir nümunədir.

ABNA: Burada başqa bir sual ortaya çıxır. Və o da bundan ibarətdir: “Həzrəti Fatimənin (səlamullahi əleyha) Böyüklüyü və Fəzilətləri bəzi insanları təcübləndirir. Belə bir Fəzilətlərin bir az aşağı formada Məsumə (səlamullahi əleyha) Xanım üçün deyilməsi də bəzilərində belə bir sual doğurur ki, axı bu şəxsiyyətlər az ömür sürmələrinə baxmayaraq necə belə yüksək məqamlara nail ola biliblər ki, həzrəti Peyğəmbər və ya İmam Musayi Kazim (əleyhis səalam) onlarla bu həddə xoş rəftar edib. Belə ki, İmam Musai Kazım(əleyhis səalam), qızı Həzrəti Məsumə (səlamullahi əleyha) Xanımın barəsində buyurub: "فداها ابوها" (atası ona qurban olsun)? Xahiş edirik bu barədə danışasınız.”

Ayətullah Ələvi Qurqani: Bu cavabı aydın olan məsələlərdən biridir. Yuxrıda qeyd etdiyimiz rəvayət və açıqlamalar buna dəlalət edir.

Əlbətdə bunu da qeyd etməliyik ki, Məsumlarımız, özəl xüsusiyyətlərə malik olduqlarına baxmayaraq, zahirə riayət etməyə məmur idilər. Çünki, camaat əgər onların həqiqi məqamları ilə aşna olsa idilər, mümkün idi ki, çaş-baş qalardılar. Bu barədə Peyğəmbərdən gəlmiş rivayətdə deyilir: “Peyğəmbər bir gün Əmirəl Möminin Əli (əleyhis səlam) ilə, qədəm vururlar, Həzrəti Peyğəmbər (səlləlahu əleyhi və alih) buyurur: Əlican! Mən səni məqamıvı olduğu kimi tam sürətdə camaata çatdırmamışam. Çünki, əgər sənin məqamıvın tam həqiqətlərini camaata desəydim, xalq sənin ayaqlarıvın altındakı torpağ ilə, gözlərinə sürmə çəkərdilər”.

ABNA: Niyə onların Məqamlarını olduğu kimi çamaata çatdırmadılar?

Ayətullah Ələvi Qurqani: Bu sualın cavabının bir hissəsini Hüseyn ibni Ruh (12-ci İmamın Xüsusi Canişini) (ələllahu məqaməhuş şərif), İmam Zaman (Allah Onun Şərafətli Gəlişini Tezləşdirsin) Həzrətlərindən alıb və hədis vasitəsi ilə bizlərə çatdırıb. Həmin hədisdə İmam Zaman (Allah Onun Şərafətli Gəlişini Tezləşdirsin) Həzrətləri belə nəql edir: “...Onlar bütün həqiqətləri açıb deyə bilməzdirlər... Çün ki, əgər camaat bunu (admin: Səhv) başa düşsəydilər, Allahı itirib yaddan çıxardardılar. Və Məscidlərdə Əliyə (əleyhis səlam) sitayiş edərdilər...”

Bu sualın başqa bir cavabı da budur ki, əgər insanlar həqiqəti olduğu kimi görsəydilər mümkün idi ki, Məsumları insan deyil, mələk olaraq qəbul edərdilər. Nəticədə də Məsumları özlərinə ülgü qərar verməzdirlər. Buna görə də, Quran Kərimdə buyurur: "انما انا بشر مثلكم يوحي إلی..." Mən doğrudan da sizin kimi (admin: sadə) bir insanam. Lakin (admin: sizdən fərqli olaraq) mənə vəhy nazil olur... (Kəhf sürəsi , Ayə 110)

ABNA: Deməli onların məqamları iktisabi (çalışqanlıqla əmələ gələn) deyildir və onların ömürlərinin qısa və yaxud uzun olmaqlarına da heç bir bağlılığı yoxdur, heç bir təcüb də doğuramalıdır?

Ayətullah Ələvi Qurqani: Bəli, doğru dediniz, onların şəxsiyyətləri iktisabi deyildir. Ümumiyyətlə ömür məsələsi, elm və məqamı iktisabi olan insanlar (admin: Bizim kimi adamlar) üçün önəm daşıyır. Amma əgər fərz etsək ki, Allah (cəllə cəlaluh) bir şəxsə məqam bəxş edə, artıq bu məqam iktisabi deyildir (admin: Əksinə İlahi bir vergidir)...

کنگره جریان‏های تکفیری