Məhdəviyyət

Ayətullah Nuri Həmədani: “İslam İnqilabı İmam Zamanın (ə.f) zühuruna zəmin yaradır”

  • News Code : 801341
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Ali Təqlid Mərcəsi: “Dünyada haqqları tapdalanmış məzlum təbəqə bir tərəfdə birləşməkdədir. Digər tərəfdə isə İslam və Əhli-Beyt (ə) düşmənləri olan hegemon qüvvələr, cərgə qurublar. Bu iki proses İmam Mehdinin (ə.f) zühuruna qədər davam edəcək. Bu inqilab intizar kimidir. Zühura aid olan məziyyətlər bu inqilabda görünürlər”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şiə Dünyasının Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Nuri Həmədani ötən gün çıxışında İslam İnqilabı və İmam Zaman (Allah Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinin zühuru haqda danışaraq bildirib:

“İslam İnqilabı dünyada İmam Zamanın (ə.f) zühuru üçün zəmin yaradır. Çünki dini haşiyəyə çəkmişdilər, amma hazırda islam dini həqiqi mənada insanların həyatına daxil olub. Bununla da hegemonların, Sionizmin və onların əlaltılarının canına vəlvələ düşüb.”

Məhdəviyyət Mərkəzi adlı araşdırma müəssisəsinin üzvləri qarşısında çıxış edən Ayətullah Nuri Həmədani onların işinin çox əhəmiyyətli və taleyyüklü olduğunu vurğulayıb.

İslam İnqilabının qələbə çalması və onun ayaq üstə qalmasını zühurun intizarı kimi qiymətləndirən Ali Təqlid Mərcəsi əlavə edib: “Dünyada haqqları tapdalanmış məzlum təbəqə bir tərəfdə birləşməkdədir. Digər tərəfdə isə İslam və Əhli-Beyt (ə) düşmənləri olan hegemon qüvvələr, cərgə qurublar. Bu iki proses İmam Mehdinin (ə.f) zühuruna qədər davam edəcək. Bu inqilab intizar kimidir. Zühura aid olan məziyyətlər bu inqilabda görünürlər”

Ayətullah Nuri Həmədani Məhdəviyyət ideologiyasının daha dərindən öyrənilməsi və onun tərvic edilməsi üçün daha çox addımların atılmasını istəyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky