İlahi İnciərin Nur Sil-Siləsi

7 və 9 Yanvar İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günləridir

  • News Code : 803323
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Biz ABNA olaraq bu şərəfli gün münasibəti ilə başda zəmanənin İmamı həzrət Məhdi (əleyhi səlam) olmaqla Onun haqq Naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, bütün dünya xalqlarına və saytımızın izləyicilərinə səmimi qəlbdən təbrik ərz edirik!

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicrətin 232-ci ilində rəbius-sani ayının 8-də, digər bir tarixə əsasən isə, 232-ci ilində rəbius-sani ayının 10-da 12-ci İmam həzrəti Məhdi Sahib Zəmanın (Allah Tala Onun şərəfli gəlişini tezləşdirsin) hörmətli valideyni İmam Həsən Əsgəri (əleyhi səlam) anadan olmuşdur. Bu hesabla bu il Miladi tarix ilə İmam Həsən Əsgərinin (əleyhi səlam) doğum günü Yanvar ayının 7-si ilə 9-na təsadüf edir.

Biz ABNA olaraq bu şərəfli gün münasibəti ilə başda zəmanənin İmamı həzrət Məhdi (əleyhi səlam) olmaqla Onun haqq Naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, bütün dünya xalqlarına və saytımızın izləyicilərinə səmimi qəlbdən təbrik ərz edirik!

 

İmam Həsən Əsgərinin (əleyhi səlam) həyatına qısa baxış

Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhi səlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əsgərinin (əleyhi səlam) şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.

İmam Əsgəri (əleyhi səlam) qəsbkar Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əsgəri adlandırılmışdı.

O Həzrət (əleyhi səlam), 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin 260-cı ilində qəsbkar Abbasi xəlifələrin tərəfindən zəhərləndirilərək şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky