Yer Üzü Matəmə Qərq Oldu

Rəbiyül-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) Şəhadət günüdür

  • News Code : 796916
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Həsən Əskərinin (əleyhi slam) atası, həzrət İmam Əliyyən Nəqi (əleyhi səlam) 10 İlahi Rəhbərdir. O, Allah Təalanın qəzəbinə düçar olmuş qəsbkar Əbbasi xəlifəsi tərəfindən şəhadətə yetişəndən sonra, İmam Həsən Əskərinin (əleyhi slam) hicrətin 254-cü ilindən etibarən rəsmi sürətdə İmamlıq məqamına nail olur və 6 il yer üzünə İmamlıq edir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, miladi tarixi ilə 08, 12, 2016 tarixə təsadüf edən, Hicri Qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-i, Allah Təalanın yer üzərində təyin etdiyi 11-ci Xəlifəsi, həzrət İmamı Həsən Əskərinin (əleyhi səlam) Şəhadət günüdür.

Biz ABNA olaraq bu hüznlü gün münasibətilə başda İmam Zaman (Allah Taala Onun şərəfli Zühurunu tezləşdirsin) həzrətləri olmaqla bütün dünya xalqlarına dərin kədərlə baş sağlığı veririk.

 

İmam Həsən Əskərinin (əleyhi səlam) həyatına qısa baxış:

Həzrət İmam Həsən Əskəri (əleyhi səlam) Hicri Qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinə şəhərində, Peyğəmbər və İmam ailəsində dünyaya göz açıb.

İmam Həsən Əskərinin (əleyhi slam) atası, həzrət İmam Əliyyən Nəqi (əleyhi səlam) 10 İlahi Rəhbərdir. O, Allah Təalanın qəzəbinə düçar olmuş qəsbkar Əbbasi xəlifəsi tərəfindən şəhadətə yetişəndən sonra, İmam Həsən Əskərinin (əleyhi slam) hicrətin 254-cü ilindən etibarən rəsmi sürətdə İmamlıq məqamına nail olur və 6 il yer üzünə İmamlıq edir.

O Həzrət (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında oğru Əbbasi xəlifələrinin 14-cü xəlifəsi Mötəməd tərəfindən Şəhid edilib.

Qeyd edək ki, İmam Həsən Əskərinin (əleyhi səlam) mübarək məzarı İraqın Surrə-mən-rəa - Samirra şəhərində yerləşir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky