İlahi İncilərin Nur Sil-Siləsi

İmam Muhəmməd Baqirin (ə) şəhadətinin ildönümü münasibətilə baş sağlığı veririk!

  • News Code : 777817
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Muhəmməd Baqir(ə) öz imamlığı dövründə qəsbkar hökumət aparatını düzgün rəhbərlik xəttinə yönəltmək, xalq arasında möhtərəm atasının ənənələrini həyata keçirmək, xalqa və səhabələrə rəhbərlik etmək, şagirdlər yetişdirmək, islami mədəniyyəti yayılmaq və təbliğ etməkdə bir an belə qəflətə qapılmadı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, cümə, 1437-ci hicri qəməri ili zilhəccə ayının yeddisi, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin beşinci imamının ləqəbi, Baqir və ya Baqirəlulum olub.

Həzrət İmam Muhəmməd Baqir(ə) möhtərəm atası, Həzrət İmam Zeynəlabidin(ə)-ın şəhadətindən 19 il on ay həyat sürdü və bu müddətdə imamlığın mühüm vəzifələrini həyata keçirdi.

İmam Muhəmməd Baqir(ə) öz imamlığı dövründə qəsbkar hökumət aparatını düzgün rəhbərlik xəttinə yönəltmək, xalq arasında möhtərəm atasının ənənələrini həyata keçirmək, xalqa və səhabələrə rəhbərlik etmək, şagirdlər yetişdirmək, islami mədəniyyəti yayılmaq və təbliğ etməkdə bir an belə qəflətə qapılmadı.

Şiələrin beşinci imamı 114-cü hicri-qəməri ili zilhəccə ayının yeddisində 57 yaşında Mədinə şəhərində Əməvi xəlifələrindən olan Hişam bin Əbdulməlik tərəfindən zəhərləndirilərək, şəhid oldu.

İslami İran xalqı İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümünün günü və gecəsində məscidlər və təkyələrdə, eləcə də Həzrət İmam Rza(ə) və Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahlarında olaraq, matəm saxlayır.

Biz ABNA olaraq dünya şiələrinin beşinci imamı, Həzrət İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky