Vilayət Səmasının 11-ci Parlaq Ulduzu

9-cu İmam, H.Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü münasibətilə O həzrətdən inci dolu hədisləri

  • News Code : 776230
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Camaat arasında ədəb yaxşı danışmaqlıq və iyrənc sözlərdən uzaq olmaq kimi qiymətləndirilir. Lakin İslam nöqteyi nzərində isə, ədəb əgər şəxsi Allahın cəllə cəlaluh razılığına və beheştə çatdırmazsa ədəb sayılmaz (baxmayaraq ki, gözəl danışır və pis sözlər işlətmir). Bəs deməli Ədəb İlahi şəriətin məna verdiyi kimi olmalıdır. Elə isə, həqiqi ədəbli olmaq üçün özünüzü şəriət deyən ədəblə ədəbləşdirin! (yəni Allahın öndərdiyi hökümlərə əməl edin və Peyğəmbər ilə Əhli Beytin sünnəsilə gedin!)” (İrşadul Qulubi Deyləmi, səh. 160)

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, miladi təqvimilə 2016, 09, 02-yə təsadüf edən gün əziz İslam Peyğəmbərinin pak sülaləsindən olan, Allah Təalanın yer üzərində özünə canişin təyin etdiyi 9-cu İmam həzrəti Məhəmməd Təqinin (əleyhi səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu hüzünlü gün münasibətilə başda atası İmam Rza (əleyhi səlam), Zamanənin İmamı həzrət Məhdi (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) olmaqla, onun haqq naibi İmam Xamenei həzrətlərinə, Ali Təqlid Mərcələrinə, İslam Ümmətinə və saytımızın hörmətli ziyarətçilərinə dərin hüznlə baş sağlığı veririk!

 

İmam Cavadın (əleyhi səlam) həyatına qısa baxış

İmam Məhəmməd Təqi (əleyhi səlam) hicri 195-ci ildə dünyaya Mədinə şəhərində göz açıb. Onun məşhur ləqəblərindən biri də Cavaddır. Cəmi 25 il ömrü olan imam Cavad (əleyhi səlam) 17 il İslam Ümmətinə rəhbərlik edib. Atası imam Riza (əleyhi səlam) Əbbasi sülaləsindən olan qəsbkar Məmun tərəfindən şəhid edildikdə İmam Məhəmməd Təqinin (əleyhi səlam) cəmi 8 yaşı olub.

Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (əleyhi səlam) atası şəhid edildikdən sonra, onu Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki imam Rizanın (əleyhi səlam) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır.

İmam Muhəmməd Təqi (əleyhi səlam) 220-ci Hicri-qəməri ilində Zülqədə ayının 30-da Əbbasi sülaləsindən olan qəsibkar xəlifə Mötəsimin əmri ilə zəhərlənərək şəhid edilib. O (əleyhi səlam) həzrət, Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (əleyhi səlam) məzarının yanında dəfn edilib.

 

İmam Muhəmməd Təqidən (əleyhi səlam)nəql olunan incilər

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Elmi və mərifət öyrənməyə səy edin. Həqiqətən elm öyrənmək vacib, onun haqqında axtarış aparıb bəhs etmək müstəhəbdir. Elm qardaşlar arasında sileyi rəh və onlara yardım göstərmək vəsiləsidir. Mürüvvət və comərdlik nişanəsidir. Məclislərin hədiyyəsi və zinətidir. Səfərdə insanın həmdəmi və yoldaşıdır. Qürbətdə və tənhalıqda insanın yaxın dostu və ənisu-qəmxarıdır.” (Hilyətul-əbrar, cild 4, səh. 599)

قالَ الإمام الجواد - عليه السلام - : عَلَيْكُمْ بِطَلَبِ الْعِلْمِ، فَإنَّ طَلَبَهُ فَريضَةٌ وَالْبَحْثَ عَنْهُ نافِلَةٌ، وَ هُوَ صِلَةُ بَيْنَ الاْخْوانِ، وَ دَليلٌ عَلَي الْمُرُوَّةِ، وَ تُحْفَةٌ فِي الْمَجالِسِ، وَ صاحِبٌ فِي السَّفَرِ، وَ أُنْسٌ فِي الْغُرْبَةِ.

«حلية الأبرار، ج 4، ص 599»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Təvazökarlıq elm və biliyin, gözəl əxlaq ağlın, gülərüzlüy isə helm və səbrin zinətidir.” (Kəşful Ğummə, cild 2, səh. 347)

قالَ الإمام الجواد - عليه السلام - : خَفْضُ الْجَناحِ زينَةُ الْعِلْمِ، وَ حُسْنُ الاْدَبِ زينَةُ الْعَقْلِ، وَ بَسْطُ الْوَجْهِ زينَةُ الْحِلْمِ.

«كشف الغمّة، ج 2، ص 347»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Həyatınızda səbri özünüzə söykənəcək, fəqr və imkansızlığı özünüzə dost qərar verin. Şəhvəti rədd edin və nəfsani istəklərinizlə müxalifətçiliy edin! Bil ki, həqiqətən də sən Allahın nəzərindən yayına bilməzsən. Elə isə, diqqətli ol! Gör hansı haldasan.” (Biharul Ənvar cild 75, səh. 358, hədis. 1.)

قالَ الإمام الجواد - عليه السلام - : تَوَسَّدِ الصَّبْرَ، وَ اعْتَنِقِ الْفَقْرَ، وَ ارْفَضِ الشَّهَواتِ، وَ خالِفِ الْهَوي، وَ اعْلَمْ أنَّكَ لَنْ تَخْلُو مِنْ عَيْنِ اللهِ، فَانْظُرْ كَيْفَ تَكُونُ.

«بحارالأنوار، ج 75، ص 358، ح 1»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Hər kim (namazda) rükunu kamil sürətdə (tam qaydası ilə) yerinə yetirərsə qəbrin vəhşəti onu tutmaz.” (Əl Kafi, cild 3, səh. 321, həd. 7)

 قالَ الإمام الجواد - عليه السلام - : مَنْ أتَمَّ رُكُوعَهُ لَمْ تُدْخِلْهُ وَحْشَةُ الْقَبْرِ.

«الكافي، ج 3، ص 321، ح 7»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Xüzu və xüşu namazın, dünya və axirətin dərdinə dəyməyən işlərdən uzaq olmaq isə, vərə`ə və təqvanın zinətidir.” (Biharul Ənvar, cild. 75, səh. 80.)

Qeyd: Xüzu və xüşu halı İslam əxlaqına aid olan terminlərdir və müsəlmanın Allah qarşısında vəziyyətini əks etdirir. Xüsusilə, namaz və sair ibadətlər zamanı. Xüzu – özünü əskik saymaq, təvazökarlıq etmək, əyilmək, öz nəfsini, mənəm-mənəmliyini əzmək deməkdir. İnsan Allah qarşısında daim bu halda olmalıdır. Allahın ucalığını və qüdrətini bütün davranışları ilə təsdiq etməyə çalışmalı, bunun müqablində öz acizliyini etiraf etməlidır. Xüşu isə qorxu mənasında anlaşılır. Yəni həmişə Allahın nəzarəti altında olduğunu, bütün pis əməllərinə görə mütləq Allaha cavab verəcəyini anlamaq, bu düşüncəyə yiyələnmək. Namaz zamanı xüzu və xüşu halında olan şəxsin diqqəti kənara yönəlməz, o, bütün diqqətini ibadətə verər, çünki böyük qüdrət qarşısında durduğunu anlayar.

 

قالَ الإمام الجواد - عليه السلام - : الْخُشُوعُ زينَةُ الصَّلاةِ، وَ تَرْكُ ما لا يُعْني زينَةُ الْوَرَعِ.

«بحارالأنوار، ج 75، ص 80»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Əmr be məruf- yaxşı işlərə dəvət etmək və nəhy əz münkər- pis işlərdən çəkindirmək Allahın yaratdığı iki məxluqdur. Hər kim onlara kömək göstərsə (yəni xalqı yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirsə) Allah əzzə və cəll ona izzət verər. Hər kim onları xar edərsə (yəni əməl etməzsə) Allah əzzə və cəll onu xar edər.” (Xisalu Səduq, səh 42, həd. 32)

قالَ الإمام الجواد - عليه السلام - : الاْمْرُ بِالْمَعْرُوفِ وَ النَّهْي عَنِ الْمُنْكَرِ خَلْقانِ مِنْ خَلْقِ اللهِ عَزَّ وَ جَلَّ، فَمْن نَصَرَهُما أعَزَّهُ اللهُ، وَ مَنْ خَذَلَهُما خَذَلَهُ اللهُ عَزَّ وَ جَلَّ.

«خصال صدوق، ص 42، ح 32»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Həqiqətən Allah təala mömünə Qiyamət günü yaxşı padaş və savab vermək üçün onun malından və övladlarından ən yaxşısını özünə götürər (dünyadan aparar və tələf edər).” (Kafi, cild. 3, səh. 218, hədis 3.)

قالَ الإمام الجواد - عليه السلام - : إنَّ اللهَ عَزَّ وَ جَلَّ يَخْتارُ مِنْ مالِ الْمُؤْمِنِ وَ مِنْ وُلْدِهِ أنْفَسَهُ لِيَأجُرَهُ عَلي ذلِكَ.

«الكافي، ج 3، ص 218، ح 3»

Bir gün bir nəfər İmam Muhəmməd Təqidən (əleyhi səlam) ona xülasə və eyni halda ətraflı vəsiyyət etməsini istədi. İmam (əleyhi səlam) buyurdu: “Özünü sürətlə yaxalayacaq zillətdən və qiyamət günü cəhənnəmə daxil olmaqdan qoru (yəni Allah əzzə və cəll üsyan edib günaha batmaqdan çəkin)!” (Ehqaqul həqq, cild. 12, səh. 439)

قالَ له رجل: أَوصِني بَوَصِيَّة جامِعَة مُخْتَصَرَة؟ فَقالَ - عليه السلام - : صُنْ نَفْسَكَ عَنْ عارِالْعاجِلَةِ وَ نار الاْجِلَةِ.

«احقاق الحقّ، ج 12، ص 439»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Səfeh insanlarla yoldaşlıq əxlaqın fəsadlığına, ağıllı insanlarla dostluq etmək isə, əxlaqın kamilləşməsinə səbəb olar!” (Kəşful Ğummə, cild. 2, səh. 349)

قالَ الإمام الجواد - عليه السلام - : فَسادُ الاْخْلاقِ بِمُعاشَرَةِ السُّفَهاءِ، وَ صَلاحُ الاْخلاقِ بِمُنافَسَةِ الْعُقَلاءِ.

«كشف الغمّه، ج 2، ص 349»

İmam Muhəmməd Təqidən (əleyhi səlam): “Camaat arasında ədəb yaxşı danışmaqlıq və iyrənc sözlərdən uzaq olmaq kimi qiymətləndirilir. Lakin İslam nöqteyi nzərində isə, ədəb əgər şəxsi Allahın cəllə cəlaluh razılığına və beheştə çatdırmazsa ədəb sayılmaz (baxmayaraq ki, gözəl danışır və pis sözlər işlətmir). Bəs deməli Ədəb İlahi şəriətin məna verdiyi kimi olmalıdır. Elə isə, həqiqi ədəbli olmaq üçün özünüzü şəriət deyən ədəblə ədəbləşdirin! (yəni Allahın öndərdiyi hökümlərə əməl edin və Peyğəmbər ilə Əhli Beytin sünnəsilə gedin!)” (İrşadul Qulubi Deyləmi, səh. 160)

قالَ الإمام الجواد - عليه السلام - : الاْدَبُ عِنْدَ النّاسِ النُّطْقُ بِالْمُسْتَحْسَناتِ لا غَيْرُ، وَ هذا لا يُعْتَدُّ بِهِ ما لَمْ يُوصَلْ بِها إلي رِضَااللهِ سُبْحانَهُ، وَ الْجَنَّةِ، وَ الاْدَبُ هُوَ أدَبُ الشَّريعَةِ، فَتَأدَّبُوا بِها تَكُونُوا أُدَباءَ حَقّاً.

«ارشاد القلوب ديلمي، ص 160»

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky