İmamət Səmasını Altıncı Parlaq Ulduzu

Bu gecə İmam Sadiqin (ə) məzlumcasına Şəhadətə yetməsini ildönümüdür (Hədislər)

  • News Code : 768772
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Sadiq (əleyhi səlam): Cəhənnəm əhli əbədi cəhənnəmdə ona görə qalacaq ki, dünyada niyyətləri əbədi olaraq qalıb Allaha (cəllə cəlaluh) qarşı əbədi günah edib üsyan etmək idi. Beheşt əhli ona görə, beheştdə əbədi qalacaq ki, dünyada olarkən niyyətləri əgər bu dünyada əbədi qalarlarsa əbədi olaraq Allah Təalaya ibadət etmək olub. Buna görə də, niyyətlərinə xatir onların hər ikisi əbədi öz yerlərində (beheşt və cəhənnəmdə) qalacaqlar. Daha sonra İmam Sadiq (əleyhi səlam) bu ayəni tilavət etdi: De! Hər bir kəs öz niyyətinə uyğun əməl edir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, iyul ayının 29-dan 30 na keçən gecə Hicri Qəməri tarixi ilə, Şəvval ayının 24-dən 25-nə keçən gecəyə təsadüf edir. Belə bir gecədə, Hicrətin 148-ci ilində İslam dünyasnın Allah Təala tərəfindən təyin edilən 6-cı Xəlifəsi həzrət İmam Cəfəri Sadiqin (əleyhi səlam) qəsbkar Əbbasilər sülaləsi tərəfindən Şəhadətə yetməsi baş verib.

Biz ABNA olaraq bu hüzünlə dolu hadisəni başda zamanəmizin İmamı həzrət Məhdiyə (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin), haqq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə və bütün azadə insan və cinlərə baş sağlığı veririk.

Bu münasibətlə saytımızın izləyicilərinə İmam Sadiqin (ə) inci dolu qısa klamlarını təqdim edirik:

 

İmam Sadiq (əleyhi səlam): Hər kim Allaha xatir sevə və Allaha xatir düşmənçilik edərsə o, imanı kamil olmuş insanlar sırasındadır.

Usul Kafi cild 3 səh. 189

 

İmam Sadiq (əleyhi səlam): Bir biri ilə üzləşən iki Müsəlman şəxsdən ən yaxşısı o kəsdir ki, digərinə daha çox məhəbbət bəsləyə.

Usul Kafi cild 3 səh. 193

 

İmam Sadiq (əleyhi səlam):  Bütün xeyrlərin hammısı bir evin daxilində cəmləşib və o evin kilidi isə zahidlikdə qərar verilib. (Admin: Zahid tərki dünyaya alamında deyil. Zahid yəni dünya malına həris və bağlı olmayan şəxsə deyillir)

Usul Kafi cild 3 səh. 194

 

İmam Sadiq (əleyhi səlam): Allah (cəllə cəlaluh) bir bəndəsinə xeyr vermək istəsə 1- Onu dünyaya qarşı zahid qərar verər. 2- Dinində fəqih (Alim) qərar verər. 3- Dünyanın eyblərinə qarşı bəsirətli edər.

Hər kimə bu (üç) xislət verilərsə həqiqətən də ona dünya və axirət evinin bütün xeyrləri verilibdir.

Usul Kafi cild 3 səh. 196

 

İmam Sadiq (əleyhi səlam):  Allaha günah etməkdən qorx! Elə bil ki, Onu (cəllə cəlaluh) görürsən. Və əgər sən onu görmürsənsə həqiqətən O, (cəllə cəlaluh) səni görür.

Usul Kafi cild 3 səh. 110

 

İmam Sadiq (əleyhi səlam):  Həzrət Əmirəl Möminin Əli (əleyhi səlam) buyurardı: Ən fəzilətli ibadət iffətli olmaqdır.

Usul Kafi cild 3 səh 125

 

İmam Sadiq (əleyhi səlam): Allahın (cəllə cəlaluh) Peyğəmbəri (səllaəllahu əleyhi və alihi və səlləm) buyurub: Hər kim günah bir işi, Allah Təalaya üsyan etməkdən qorxaraq, Allaha (cəllə cəlaluh) xatir tərk edərsə Allah Təala onu qiyamət günü xoşhal edər.

Usul Kafi cild 3 səh 128

 

İmam Sadiq (əleyhi səlam): Allah Təala buyurub: Mənim bəndəm ona vacib etdiklərimdən başqa şeylər (həyata keçirmək) ilə özünü mənə sevdirə bilməz!

Usul Kafi cild 3 səh 129

 

İmam Sadiq (əleyhi səlam): Cəhənnəm əhli əbədi cəhənnəmdə ona görə qalacaq ki, dünyada niyyətləri əbədi olaraq qalıb Allaha (cəllə cəlaluh) qarşı əbədi günah edib üsyan etmək idi. Beheşt əhli ona görə, beheştdə əbədi qalacaq ki, dünyada olarkən niyyətləri əgər bu dünyada əbədi qalarlarsa əbədi olaraq Allah Təalaya ibadət etmək olub. Buna görə də, niyyətlərinə xatir onların hər ikisi əbədi öz yerlərində (beheşt və cəhənnəmdə) qalacaqlar. Daha sonra İmam Sadiq (əleyhi səlam) bu ayəni tilavət etdi: De! Hər bir kəs öz niyyətinə uyğun əməl edir.

Usul Kafo cild 3 səh 135-136

 

İmam Sadiq (əleyhi səlam): İbadət etməyi özünüzə yükləməyin (admin: məqsəd budur ki, vacibatı yerinə yetirib müstəhəb əməlləri tədricən həyata keçirək)

Usul Kafi cild 3 səh 137

 

İmam Sadiq (əleyhi səlam): Allah (cəllə cəlaluh) bəndəsini sevərsə. Bəndəsi kiçik bir iş də görsə, onun kiçik işi müqabilində Allah Təala ona çoxlu savablar verər.

Usul Kafi cild 3 səh 138-137

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky