Azərbaycan və İslam

Bakıda “Nəfsin hicabı” adlı konfrans keçirildi - Foto

Konfransda çıxışlardan sonra suallara cavablar verilib

  • News Code : 699453
  • Source : Cənubnyus İslamazeri-ə istinadla
Konfransın əsas mövzusu cəmiyyətdə baş verən qadın-cəmiyyət münasibətlərində axsaqlıq, ailə problemləri, kamilliyə aparan nəfsin hicablanması, hicabın qorunması, təbliği və başqa mövzular olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyəti hər il olduğu kimi bu il də "Nəfsin hicabı" adlı konfransı təşkil ediblər.

Konfransda "Nərgiz" Qadınlar Cəmiyyətinin sədri Səidə xanım Səmədova, Məleykə xanım Aslanzadə, Zəhra xanım Süleymanova, Kəklik xanım və digərləri çıxış ediblər. Konfransın əsas mövzusu cəmiyyətdə baş verən qadın-cəmiyyət münasibətlərində axsaqlıq, ailə problemləri, kamilliyə aparan nəfsin hicablanması, hicabın qorunması, təbliği və başqa mövzular olub. Konfransda çıxışlardan sonra danışanlara suallar verilib. Konfransın sonunda iftar süfrəsi açılıb, xanımlara ehsan verilib.

Xatırladaq ki, "Nəfsin hicabı" konfransı 5 ildən çoxdur ki hər il mübarək Ramazan ayında "Nərgiz" Qadınlar Cəmiyyəti tərəfindən təşkil olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky