İslam və Sağlamlıq

Sonsuzluğa, ürək, öd, böyrək, belağrı xəstəliklərinin çarəsi və immuniteti gücləndirən Mərciməy

İmam Sadiq (əleyhi səlam): Mərciməy belağrısı üçün faydalıdır.

  • News Code : 791315
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

İmam Rza (əleyhi səlam) mərciməyin tibbi faydaları haqda belə buyurur: “Əgər hamamda bədənizdəki artıq tükləri təmizlədiyiniz zaman dərini zədələyərsinizsə mərciməyi üyüdüb un edərək gülab və sirkə ilə qarışdırıb yaranın üzərinə qoyun. Allah Təalanın izni ilə, sağalacaq.” Digər bir hədisdə isə, buyurulur ki, mərciməyin qovrulmuş unu susuzluğu aradan aparır, mədəni gücləndirir, ödü tənzimləyir, mədəni paklayır, 70 dərdin dərmanı, qan təzyiqinin tənzimləyicisidir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- Qeyd etdiyimiz kimi, İslam Dini və Peyğəmbərimizin və onun pak Əhli – Beytinin (əleyhim səlam) sünnəsi İnsan cəmiyyətinin kamilləşməsi və üzləşdiyi problemlərinin çözülməsində bir başa əsas rola malikdir. Belə ki, Qurani Kərim başda olmaqla əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və İmamlarımız (əleyhim səlam) Adəm (əleyhi səalm) övladlarının bir çox xəstəliklərinin məhz Mərciməy vasitəsi ilə sağalmasını bizlərə hələ 1438 il bundan öncə xəbər veriblər.

Mərciməyin adı Qurani Kərimdə keçir.

و اذ قلتم یا موسی لن نصبر علی طعام واحد فادع لنا ربک یخرج لنا ممّا تنبت الارض من بقلها و قثآئها و فومها و عدسها و بصلها ...

Allah Təala Qurani Kərimin Bəqərə (İnək) sürəsinin 61-ci ayəsində belə buyurur: Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz.

Məsum İmamlardan bizlərə gəlib çatan Tibbə aid hədislərdə də, Mərciməy haqqda olduqca faydalı məlumatlar verilir. Belə ki, İslam Peyğəmbəri həzrəti Mustəfa Muhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və alih) hüzuruna bir kişi gələrək qəlbinin daşlaşmasından və rəhimsiz olduğundan şikayətlənir. Böyük İslam Peyğəmbəri o kişiyə mərciməy yeməyi tövsiyə eedir.

(Muhasin cild. 2, səh. 504)

Digər bir hədisdə belə deyilir: İslam Peyğəmbəri öz ümmətinin daş qəlbliliyindən Uca Allaha şikayət etdi. Allah Sübhanəhu Təala əmr etdi mərciməy yesinlər. Çün ki, mərciməy qəlbi yumuşaldır, gözlərdən yaş axıtmasını sürətləndirir, təkəbbürlüyü və xüdpəsəndliyi aradan aparır. Mərciməy yaxşı insanların xörəyidir.

(Məkarimul Əxlaq səh. 512)

İmam Rza (əleyhi səlam) Öz Atalarından və Onlar da, Peyğəmbəri Əkrəmdən beləNəql edirlər:
«علیکم بالعدس، فأنه مُبارک، مقدس، یَرِق القلب و یکثر الدمعة و قد مبارک فیه سبعون نبیاً آخرهم عیسی بن مریم»
Mərciməydən istifadə etməyi unutmayın! Çün ki, o müqəddəs və bərəkətli bir bitkidir. Ürəyi yumuşaq və rəhimli edir, göz yaşını çoxaldır. MƏrciməyi 70 Peyğəmbər mübarək qərar verib ki, həzrət İsa (əleyhi səlam) onların axrıncısıdır.

(Uyuni Əxbari rza (ə), cild. 2, səh. 215. Səhifəyi Rza (ə), səh. 25. Biharul Ənvər, cild. 62, səh. 257.)

Mütəxəssislər mərciməyi xüsusiyyət baxımından qırmızı ətlə bərabər tuturlar. Onlar mərciməyi mədə və hafizəni gücləndirən bitkimi kimi qəbul edir və mərciməyin qaynadılmışını dezinfeksiya edici kimi istifadə edirlər. onların fikrincə bişirilmiş mərciməy təbii sirkə ilə qarışdırılsa mədəni gücləndirir. Mərciməin suyu isə, öskəriyin qarşısın alaraq sinəni yumuşaldır.

Cücərdilmiş mərcimək ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur. Sonsuzluğa qarşı tam effektlidir!

Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş mərcimək həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş mərciməyin faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş mərciməyi daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.

Bu reseptlə minlərlə sonsuz insanlar müalicə edilişdirdir.


Bu Qarışımın Faydaları:

Qan damarlarını təmizləyir, Ürəyi möhkəmlədir, Qaraciyər və Böyrəkləri təmizləyir, İmmunitet sistemini gücləndirir, Beyin Funksiyanı və Yaddaşı inkişaf etdirir, Ürək tutmalarının qarşısını alır, Bütün xərçəng növləri üçün ən yaxşı çarədir, Sonsizluğa qarşı inanılmaz faydalıdır.

Əslində istifadə qaydası çox sadədir. Gün ərzində 100 qram cücərmiş nərciməyi yarım stəkan südlə blendrdən keçirib, acqarnına səhərlər yeyin. 2 saat heç bir qida qəbul etməyin.

Məlumdur ki, paxlalıların cücərdikdə onlarda C vitamini 600 dəfə artır. Mərcimək də bu xüsusiyyətə malikdir. Cücərdikdə eyni zamanda B1, B6, biotin, fol turşusu, kalium, maqnezium, dəmir, sink cəhətdən də zənginləşən mərcimək həm də güclü zülal mənbəyidir.

Mərciməyin cücərmişləri orqanik dəmir mənbəyi olub qanda hemoqlobinin miqdarını artırır.

Zəngin C vitamini mənbəyi olduğu üçün mərcimək qripp əleyhinə vasitə kimi istifadə olunur.

Tərkibində böyük miqdarda kalium olması mərciməyi ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir.

Mərciməyin cücərtilərini anemiyanın müxtəlif formaları, damarlarda qanaxması, uşaqlıqda qanaxmalar və qadınlarda kritik günlərdə həddən artıq qan itirmələr zamanı xörəklərdə istifadə etmək müsbət nəticələr verir.

Onlar həmçinin ağciyər vərəmi və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində, bronxitlərin və pnevmaniyaların qarşısının alınmasında, angina və soyuqdəymələrdən sonra bərpaedici vasitə kimi istifadə olunur.

Mərcimək maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir.

Mərciməyin cücərtiləri xüsusilə tez-tez viruslu xəstəliklərə, soyuqdəymələrə yoluxan uşaqlara və böyüklərə xeyirdir.

İmam Rza (əleyhi səlam) mərciməyin tibbi faydaları haqda belə buyurur: “Əgər hamamda bədənizdəki artıq tükləri təmizlədiyiniz zaman dərini zədələyərsinizsə mərciməyi üyüdüb un edərək gülab və sirkə ilə qarışdırıb yaranın üzərinə qoyun. Allah Təalanın izni ilə, sağalacaq.”

Digər bir hədisdə isə, buyurulur ki, mərciməyin qovrulmuş unu susuzluğu aradan aparır, mədəni gücləndirir, ödü tənzimləyir, mədəni paklayır, 70 dərdin dərmanı, qan təzyiqinin tənzimləyicisidir.

(Məkarimul Əxlaq, səh. 215.)

İmam Bqir (əleyhi səlam) buyurub: Menstruasiyası (aybaşı) dayanmayan qadına mərciməyin qovrulmuş unun içirdin. Sürətlə heyz qanı kəsiləcəkdir.

(Əmali Şeyx Tusi, cild. 1, səh. 376.)

İmam Sadiq (əleyhi səlam): Mərciməy belağrısı üçün faydalıdır.

Əlbətdə sonda qeyd etməliyik ki, hədislərdə mərciməydən istifadə etdikdə normaya riayət etmək nəzərdə tutulur. Əks təqdirdə əsəb sistemlərinə zərər yetiricidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky