İslam və Sağlamlıq

Qızıl gül və İtburnu çayının faydaları

Gülabı iyləmək qəlbi gücləndirir, huşsuzluğu aradan aparır və insanın daxili hissiyyatlarını gücləndirir.

  • News Code : 733535
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: “Gülab insan abırlı qərar verər –yəni hörmətini çoxaldar, parlaq qərar verər və fəqirliyi- kasıblığı aradan aparar.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Qızıl gül (və yaxud roza hər ikisi eyni güldür) beyin fəaliyyətini çoxaldır və onu hərəkətə gətirir, əsəb sistemini gücləndirir və ruhi sakitliyi bərpa edir. Saçları qırxdıqdan sonra başa gülab sürtmək xəstəliklərin qarşısını alır, gözü işıqlandırır və görmə qabiliyyətini artırır. Keçmişdə Bərbərlər-dəlləklərin (İranda onlara Səlmani deyilir) əsas vəzifəsi saçı azaltdıqdan sonra başa gülab vurardılar. Onlar bu işi həzrəti Səlmanii Farsiyə nisbət verirdilər. Elə bu səbəbdən də İranda onlara Səlmani deyilir. Bir sözlə desək Qızıl gül ant-bakterial güllər sırasına daxildir.

Azərbaycan xalqının da ən gözəl adət və ənənələrindən biri hüzür məclislərində ev sahibi və baş sağlığı verməyə gələn qonaqların əllərinə Gülab suyu tökməkdir. Çün ki, Gülab əsəbi sakitləşdirir və ürəyi açır, insanı kədərdədn uzaq edir.

Tarixdə də qeyd edilir ki, İmam Hüseynin (əleyhi səlam) Kərbəlaya səfər edən karvanındakı yüklərdən bir qismi Gülab və ətir idi.

Gülabın təsirləri:

Gözü işıqlandırıb görmə qabiliyyətini artırmaq, Stres, qəm və qüssəni aradan aparmaq, göz vurma və bəd nəzəri uzaqlaşdırır, əsəb sinirlərini sakitləşdirir, qəlbi şadlandırır.

Gülabı iyləmək qəlbi gücləndirir, huşsuzluğu aradan aparır və insanın daxili hissiyyatlarını gücləndirir.

Gülabı içmək və ya iyləmək baş ağrılarına çox kömək edir. Xüsusi ilə, atmosferin çirkliliyindən və yaxud səs-küydən yaranan baş ağrıları üçün xeyli faydalıdır.

 

Gülab İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və Məsum İmamlarımızın (əleyhimus səlam) Sünnəsində

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: “Gülab insan abırlı qərar verər –yəni hörmətini çoxaldar, parlaq qərar verər və fəqirliyi- kasıblığı aradan aparar.”

Məkarimul Əxlaq, səh. 86. Hilyətul Müttəqin, səh. 260.

İmam Rza (əleyhi səlam) buyurub: “Hər kim istəyirsə nurə- vacibi onun bədənini yandırmasın nurəni qoyduqdan bir az sonra onu yusun və bir az miqdarda Qızıl gül yağı ilə bədənin masaj etsin.”

 

Amma İtburnu adlanan Qızıl gülün dibçəyinin isə, özünə məxsus faydaları vardır.

Belə ki, İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.

İtburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu "təbii vitamin-mineral kompleksi" adlandırırlar. 

Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır - arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.

İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.

Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır. 

Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky