Fitir Bayramına Hazırlıq

Fitir Bayramının namazı və onun qılınma qaydası

  • News Code : 764258
  • Source : nardaranpiri
Brief

Qeyd edək ki, Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək lazım deyil. Fitr namazı azan və iqamə deyilmədən qılınır, Lakin, yaxşı olar ki, niyyət etməzdən əvvəl üç dəfə "Əs-salah" deyilsin. Bayram namazı yaxşı olar ki, cəm halda qılınsın. Camaat namazı qılındıqda namazda iştirak edənlərin sayı cümə namazında olduğu kimi, 5 nəfərdən az olmamalıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, mübarək İslam Dinində Uca və Ədalətli Allah bir ay oruc tutmağı bəndələrinə vacib etdikdən sonra mübarək Ramazan ayı sona yetdikdə və şəvval ayının birinci günün Fitr bayramı qərar verib. Bu bayram üçün Fitr Namazını da təyin edib. Fitir namazının qılınma qaydasını saytımızın ziyarətçilərinə təqdim edirik.

Qeyd edək ki, Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək lazım deyil. Fitr namazı azan və iqamə deyilmədən qılınır, Lakin, yaxşı olar ki, niyyət etməzdən əvvəl üç dəfə "Əs-salah" deyilsin. Bayram namazı yaxşı olar ki, cəm halda qılınsın. Camaat namazı qılındıqda namazda iştirak edənlərin sayı cümə namazında olduğu kimi, 5 nəfərdən az olmamalıdır.

Dediyimiz kimi Fitr namazı Şəvval ayının birinci günü qılınır. Yaxşı olar ki, şəxs fitr namazını gün üfüqdən qalxanda – yəni günəş çıxanda ifrat edib-yəni qida qəbul edib fitrə zəkatını verəndən sonra qılsın.

 

Fitir namazının qılınma qaydası

Fitr namazı iki rükət qılınır. Birinci rükətdə "Həmd" (Fatihə) və surədən sonra beş təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra bir qnut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və iki səcdə yerinə yetirilir. İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qnut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, fitr namazı ucadan və üstüaçıq yerdə qılınsın.

Birinci və ikinci rükətlərdə "Həmd" surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rükətdə isə "Əla" surəsi oxunsun. Fitr bayramı gecəsi məğrib və işa namazlarından sonra habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun:

(Allahu Əkbər, Allahu Əkbər, la ilahə illəllah vallahu əkbər və ilillahi həmd, Allahu Əkbər əla ma hədana) - (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!)

 

Qunut

Fitr namazının qnutunda istənilən duanı oxumaq olar (doğma ana dilində olsa belə). Amma bu duanı oxusa, daha yaxşı olar:(اَللَّهُمَّ اَهْلَ الْكِبْرِياءِ وَ الْعَظَمَةِ وَ اَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ اَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ اَهْلَ التَّقْوى وَ الْمَغْفِرَةِ اَسْأَلُكَ بِحَقِّ هذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيْداً وَ لُِمحَمَّدٍ صلى الله عليه وآله وسلم ذُخْراً وَ مَزِيداً اَنْ تُصَلِّيَ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ اَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ اَدْخَلْتَ فِيهِ مُحَمَّداً وَ الَ مُحَمَّدٍ وَ اَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ اَخْرَجْتَ مِنْهُ مُحَمَّداً وَ الَ مُحَمَّدٍ صَلَواتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ، اَللَّهُمَّ اِنِّي اَسْأَلُكَ خَيْرَ ما سَأَلَكَ بِهِ عِبادُكَ الصَّالِحُونَ وَ اَعُوذُ بِكَ مِمَّا اسْتَعاذَ مِنْهُ عِبادُكَ الصَّالِحُونَ (اَلُْمخْلَصُونَ، الُْمخْلِصُونَ.

"Əllahummə əhləl-kibriyai vəl-əzəməh və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs'əlukə bihəqqi hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə iydən və li-Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) zuxrən və məziyda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs'əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəs-salihun (əl-muxləsunə, əl-muxlisun)."

 

Qunutun Tərcüməsi

- (Ey böyüklüyə və əzəmətə layiq olanAllah! Ay güzəşt və mühribanlığa layiq olan Allah! Ey bağışlamağa və günahların üstünü örtməyə layiq olan Allah! Müsəlmanlara bayram qərar verdiyin bu günün xatirinə ki, Muhəmməd və onun ailəsinə şərəf və böyüklük nəsib etdin. Muhəmməd və onun ailəsinə salam və salavat göndər. Məni Muhəmməd və onun ailəsini daxil etdiyin hər bir xeyrə daxil et və Məni Muhəmməd və onun ailəsinin çıxartdığın bütün pisliklərdən çıxar. Ona və ailəsinə rəhmətin olsun. Allahım, bu ciddiyyətlə Sənə layiq olan bəndələrinin istədiklərini Səndən diləyirəm. Və Sənə layiq olan bəndələrin pənah gətirdiklərindən Sənə pənah gətirirəm).

 

Müstəhəb və bəyənilən əməllər:

* Namazı ucadan oxumaq

* Cümə namazında olduğu kimi, iki xütbə oxumaq - burada fərq yalnız xütbələrin namazdan sonra oxunmasındadır.

* Namazdan əvvəl xurma ilə iftar etmək

* Namazdan əvvəl qüsl almaq

*Yerə səcdə etmək

*Təkbir deyilən zaman əlləri yuxarı qaldırmaq.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky