Əxlaq Dərsi

Ayətullah Məkarim Şirazi: "Mömin əsla riyakar olmaz"

  • News Code : 807209
  • Source : Deyerler “Shafaqna”-ya istinadən
Brief

Kamil insanlar möminlərin yanında təvazökarlıqla davranırlar və kafirlər qarşısında son dərəcə güclü və güzəştsiz dayanırlar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi Qum şəhərində yüzlərlə tələbəyə keçdiyi fiqh dərsinin girişində Həzrət Rəsulallahdan (səlləllahu əleyhi və alih) nəql etdiyi bir hədisdə imanın əlamətlərini sadalayıb.

Ayətullah Məkarim Şirazi belə danışıb: "İmanın əlamətlərindən biri budur: Mömin Allahı sevir. Kamil insanlar möminlərin yanında təvazökarlıqla davranırlar və kafirlər qarşısında son dərəcə güclü və güzəştsiz dayanırlar. Allah yolunda səy edərlər və qeyrətlidirlər.

Bu xüsusda heç bir ittiham edənin ittihamlarına əhəmiyyət verməzlər. İnsan hansı şəraitdə olursa olsun, Allah qarşısında vəzifəsini yerinə yetirməlidir. İradəsi zəif insanlar ancaq getdikləri cəmiyyətin rənginə bürünürlər. Amma həqiqi mömin, heç vaxt riyakar davranmır, Allahın razılığı istiqamətində hərəkət edirlər".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky