İlahi Peyğəmbərlərin Məhzərində

Həzrət İsa Məsih (ə): Dünyada 2 cür xəstə var...

  • News Code : 801038
  • Source : Deyerler “Erfan”-a istinadla
Brief

Həzrət İsa Məsih (ə): Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- Həzrət İsa Məsih (əla Nəbiyyina və alihi və əleyhi səlam) xoş qiyafəli və gözəl simaya malik bir cavan idi ki, ömrünün sonuna qədər evlənməmişdi. O, 33 yaşında olan zaman ərşə qalxmışdır.

Bir gün Nasiriyə şəhərində əxlaqsızlıq ilə məşhur olan bir qadının evindən xaric olur. Bir nəfər onu bu halda görən zaman təəccüb edir.

Həzrət İsa (ə) görür ki, bu kişi onun bu rəftarına çox təəccüb etmişdir, ona görə də aram halda ona yaxınlaşır. Ona məhəbbətlə salam verir və deyir: “Cənab! Gördünüzmü mən haradan gəldim?”. Həmin şəxs cavab verir: “Həqiqətən də çox heyrətlidir. Siz burada nə edirsiniz?”.

Həzrət İsa (ə) deyir: “Ey kişi! Dünyada iki cür xəstə vardır. Bir növ xəstələr öz xəstəliklərini hiss edərlər və özləri təbibin yanına gələrlər ki, müalicə olsunlar. Ancaq bir növ xəsətlik də vardır ki, xəstəliyindən agahlığı yoxdur. Ancaq bir başqası onun xəstəliyini başa düşür, ürəyi yanır və deyir: “Gedək və təbibi onun yanına gətirək”.

Bu xanım ikinci növ xəstələrdəndir. Pisliyə və zinaya düçar olduğu üçün fikirlərinin pis olmasına diqqət etməmişdir, ona görə də gərək təbib onun yanına gəlsin.

Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir.

İstəyirdin ki, gedib insanlara deyəsən ki, Məsihi (ə) öz gözlərimlə gördüm ki, filan qadının evinə getmişdi? Bütün gördüklərinə və eşitdiklərinə etina etmək olmaz”.

Bəli, bu həqiqəti Quran da təsdiq edir və buyurur ki, eşitdiklərinin 99 faizi yalandır. Əgər insan hər eşitdiyini qəbul edərsə, Qiyamət günü onu mühakiməyə çəkərlər ki, niyə eşitdiklərinə görə insanların abrını aparmısan?

“Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir”. (“Maidə” 42).

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky